Satış və Logistika üzrə Mütəxəssis

İşin təsviri

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov ev. 5, m.3, M3 (Nəsimi  metrosunun yaxınlığı)
  • Əməkhaqqı: 700 AZN + bonus 
  • İş saatları: Bazar ertəsi – Cümə: 09:00 – 18:00

Vəzifə öhdəlikləri:

  • Müştərilərlə əlaqələrin qurulması və mövcud bazanın idarə edilməsi
  • Yeni müştərilərin cəlb edilməsi və tərəfdaş şəbəkəsinin genişləndirilməsi
  • Satış imkanlarının artırılması və aktiv satış fəaliyyətlərinin həyata keçirilməsi
  • Yüklərin sifarişdən təhvilə qədər koordinasiyası
  • Nəqliyyat, gömrük və daşınma sənədlərinin düzgün tərtibinə nəzarət
  • Daşımaların statusuna nəzarət və müştərilərə operativ məlumat verilməsi
  • Satış planlarının icrası və aylıq hesabatların hazırlanması

Namizədə tələblər:

  • Logistika və/və ya beynəlxalq daşımalar üzrə minimum 1 il iş təcrübəsi
  • Nəqliyyat növləri, daşınma marşrutları və gömrük prosedurları üzrə biliklər
  • Azərbaycan və rus dillərində sərbəst danışıq; ingilis dili üstünlükdür
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı
  • Yüksək kommunikasiya, analitik düşüncə və problem həll etmə bacarıqları
  • Nəticəyə yönəlik və məsuliyyətli iş prinsipi

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Logistika sahəsində bilik və real təcrübəsi olmayan şəxslərin müraciətləri qəbul olunmur.
Xahiş edirik, yalnız logistika sahəsində anlayışı və praktiki işi olan namizədlər müraciət etsinlər.