İşin təsviri
Namizədə tələblər:
- 23-35 yaş arası namizədlər;
- Azərbaycan və Rus dillərində sərbəst şəkildə danışıq;
- 1C sistemində sərbəst şəkildə işləmək;
- Müvafiq vəzifə üzrə ən azı 1 il təcrübə;
- Nağd pul ödənişləri aparmaq üçün riyazi biliklərə malik olmaq;
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilmək.
İş barədə məlumat:
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini qəbul etmək;
- Ödənilən vəsaitləri yoxlamaq və düzgün qaydada əməliyyatı həyata keçirmək;
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək;
- Kassadan keçən bütün pul vəsaitlərini, sənədləri və qiymətləri izləyib, nəzarətdə saxlamaq və hesabatını aparmaq;
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək.
İş şərtləri:
- İş günü: 6 günlük növbəli qrafik, həftədə 1 gün istirahət
- Əmək haqqı: 600 AZN
- Nahar şirkət tərəfindən verilir
- İş yeri: 28 may, Vurğun Residence
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Kassir” yazaraq email ünvanına göndərmələri xahiş olunur.