Biznes Analitik

  • Landau School
  • Elanın qoyulma tarixi: 15.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Şirkət daxilində müvafiq istiqamətlər üzrə görüşlərin keçirilməsi, biznes proseslərin analiz edilməsi, təkmilləşdirmə sahələrinin müəyyən edilməsi və həll yollarının təklif edilməsi;
  • Şirkət daxilində icra olunması planlaşdırılan proqram təminatları üzrə texniki və funksional tələblərin formalaşdırılması mərhələsində müzakirələrdə aktiv iştirak etmək; 
  • Biznes tərəfindən daxil olan tələblərin analiz olunması və prioritetləşdirilməsi;
  • Biznesin tələblərinə əsasən texniki tapşırıqların formalaşdırılması;
  • Texniki tapşırıqları İT və ya tərəfdaş olan 3-cü tərəflərlə müzakirə etmək və qoyulmuş tələblərin həyata keçirilməsinin mümkünlüyünü təmin etmək;
  • Layihələrin texniki tapşırıqlara uyğun olaraq icrasına nəzarət etmək və müvafiq testlərin aparılmasında dəstək göstərmək
  • Rəhbərlik üçün təqdimatların hazırlanması

Tələblər:

  • Təhsil: İnformasiya Texnologiyaları, Biznesin İdarə edilməsi, İqdisadiyyat
  • İş təcrübəsi: Biznes analist, IT biznes analist, konsultant və ya əlaqəli sahələrdə 2 illik iş təcrübəsi
  • Dil biliyi: Azərbaycan-dili (Əla), İngilis-dili (Əla), Rus-dili (Yaxşı)
  • Kompüter biliyi: Microsoft Office (Excel, Visio, Power Point)

Digər tələblər:

  • Yaxşı ünsiyyət və təqdimat bacarığı
  • Analitik düşüncə qabiliyyəti
  • Layihələrin icrası üzrə metodologiyalar ilə ilkin tanışlıq
  • IT layihələrinin aparılmasında iştirak etmək

 

İşəgötürənin reytinqi