Beynəlxalq daşınmalar üzrə Logistika Koordinatoru

  • ARN Group
  • Elanın qoyulma tarixi: 15.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Həftəlik status cədvəlinin hazırlanması və müştərilərə göndərilməsi;
  • Müqavilələrin müzakirəsi, daşınma və daşınma xərcləri, satış kotirovkalarının hazırlanması;
  • Bütün idxal/ixrac göndərişləri üçün sənədlərin yoxlanılması və yığılmasında müvafiq dəstəyin göstərilməsi;
  • Bütün müvafiq sənədlərin faylda saxlanmasını və hər zaman yoxlama üçün mövcud olmasının təmin edilməsi;
  • Təşkilati tələblərə uyğun olaraq logistika prosedurlarına uyğun işləmək;
  • Nəqliyyat və logistika xərclərinə nəzarət etmək, subpodratçılarla daşıma tarifləri və xidmətləri müzakirə etmək;
  • Daşıma növlərinə uyğun olaraq əvvəlcədən xəbərdarlığın qəbulu və təsdiqi;
  • Daşıma prosesisin vaxtın və tələblərə uyğun olaraq icra olunmasının təmin edilməsi;
  • Müştəri və Logistika Mütəxəssisi ilə koordinasiya etmək.
  • Ödəniş üçün təsdiqedici sənədlərin hazırlanmasında dəstəyin göstərilməsi.

Tələblər:

  • Təhsil : Ali
  • İş təcrübəsi : 1 ildən 3 ilə qədər (müvafiq sahədə)
  • Microsoft Office ilə (Word, Excel, Outlook) işləmə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili və Rus dili səlis, İngilis dili arzuolunandır.
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, logistika və satış və s. əməliyyatların icra edilməsi.
  • Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
  • Kollektivlə işləmə bacarığı;

İş rejimi və Qeydlər:

  • İş Günləri: Bazar ertəsi – Cümə (10:00-dan – 19:00-dək);
  • Nahar vaxtı: 13:00-14:00.
  • İstirahət günləri: Şənbə - Bazar
  • İş həcmindən asılı olaraq həftə sonu 1-2 saatlıq işə vaxt ayırma tələb oluna bilər.
  • İş yeri:  Bakı Şəh., J.Jabbarli 44, Caspian Plaza, AZ1065, Baku, Azerbaijan
  • Əmək haqqı namizədə uyğun olaraq dəyişə bilər (Bonuslar mövcuddur).

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə elektron ünvanına mövzu hissəsində “Beynəlxalq daşınmalar üzrə Logistika Koordinatoru” qeyd etməklə göndərə bilərlər.

Son müraciət tarixi: 20.05.2023