İşin təsviri
                
                
                                
                İş barədə məlumat:
	- Əmək və daxili nizam-intizam qaydalarına riayət etmək;
 
	- Qeyri-qənaətbəxş xidmətlə bağlı qonaqların şikayətlərinə baxmaq;
 
	- Ofisiantlardan qonaqların fikirlərini və təkliflərini almağı tələb etmək;
 
	- Münaqişələrin qarşısını almaq və aradan qaldırmaq üçün tədbir görmək, 
 
	- Müəssisədə təmizliyin qorunması üçün tədbirlər görmək və əməkdaşların işinə nəzarət etmək;
 
	- Müəssisədə bütün texniki vasitələr və işıqlandırma sazlığına, təhlükəsizlik qaydalarına daimi nəzarət etmək;
 
	- Bütün avadanlıqların nasazlığı və müəssisədə baş verən çatışmamazlıqlar haqqında texniki şöbəyə məlumat vermək;
 
	- İş zamanı masaların rezervasiyasını qəbul etmək;
 
	- Əməkdaşların daxili nizam-intizam qaydalarına, qadağalara riayət etmələrinə və vəzifə öhdəliklərini yerinə yetirmələrinə nəzarət etmək;
 
	- Treninqlərdə və iclaslarda iştirak etmək və keçirtmək;
 
	- Öz işini əmək təhlükəsizliyi qaydalarına və normalarına uyğun olaraq həyata keçirmək;
 
	- Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirmək.
 
Namizədə tələblər:
	- Xanım və ya bəy namizədlər
 
	- Təcrübə müvafiq sahədə minimum 1 il
 
	- Səliqəli və təmizkar olmaq
 
	- Komandada işləmək və komandanı idarə etmək bacarıqları
 
	- Öyrənmə və özünü inkişaf etdirməyə açıq və istəkli olmaq
 
	- Azərbaycan dilini əla səviyyədə bilmək, rus dili arzuolunandır
 
Təminatlar:
	- Stabil əmək haqqı + bonus 
 
	- Şirkət tərəfindən naharla təmin olunma 
 
	- Həftədə bir gün istirahət günü 
 
	- Gənc və dinamik kollektivdə işləmək fürsəti 
 
	- Təlim, treninq və master-klaslarda iştirak etmə fürsəti 
 
	- Karyera inkişafı fürsəti 
 
Maraqlanan namizədlərin öz CV-lərini göndərmələri xahiş olunur. Mövzu yerində “administator” yazılması vacibdir. CV göndərməyənlərin namizədlikləri nəzərə alınmayacaq.