İstehsal sənədlərinin idarəolunması üzrə mütəxəssis

  • Azertexnolayn
  • Elanın qoyulma tarixi: 15.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Gün ərzində görülən işlər haqqında yazılmış hesabatları yoxlayır hesabatlar, statistik məlumatlar çıxarır.
  • İstehsal olunmuş borular haqqında hesabatları əlaqəli şöbələrlə paylaşır.
  • İstehsal olunmuş borular haqqında məlumatların elektron hesabatlara daxil edilməsini və  logo proqramına giriş edilməsini təmin edir.
  • Tələb olunan olan materialların və xidmətlərin sifarişini edir və təmin olunmasına nəzarət edir. Sifariş formalarını təsdiqlədib təchizat şöbəsinə təqdim edir.
  • Bölmə üzrə sərf olunan materialların logo proqramında xərc qəbzini kəsir. Müəyyən zaman intervalı ilə aralıq anbarının sayımını həyata keçirir.
  • Tələb qəbzlərini proqrama daxil edir.
  • Bütün hesabatların sənədləşmə işlərini aparır və sənədlərin arxivləşdirilməsini həyata keçirir. Əlavə sənədlərin ( akt və s.) hazırlanmasını təmin edir.
  • İşçilərin həftəlik iş qrafiklərini hazırlayır, təsdiqlədir və İR şöbəsinə təqdim edir.
  • Bölmənin aylıq hesabatını hazırlayır.
  • Birbaşa rəhbərin istehsalat prosesi ilə bağlı verdiyi hesabat tapşırıqlarının hazırlanmasını təmin edir.

Vəzifə üzrə əsas tələblər:

  • Təhsil : Ali-(Sənaye mühəndisliyi ixtisasən bitirənlərə üstünlük verilir)
  • İş təcrübəsi-1 il sənədləşmə üzrə

Bilməlidir:

  • Müəssisədə kargüzarlığın təşkilini, icra nəzarətinin forma və metodlarını;
  • Müəssisələrin və onların bölmələrinin təkmilləşdirilmiş sistem standartlarını, təşkilatı göstəriş sənədlərini;
  • Əsasnamə, təlimat və digər rəhbər sənədləri və müəssisə işçilərinin pensiyalarının rəsmiləşdirilməsi, əmək kitabçalarının və şəxsi işlərinin aparılması və mühafizəsi qeydiyyatı üzrə normativ sənədlərini;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Təminatlar:

  • Bakıdan 3 ayrı ayrı məntəqələrdən işləyən servis
  • Nahar
  • Kooperativ nömrə
  • Notebook

İş saatı :09:00-18:00 (həftədə 5gün).Altı və bazar günü istirahət

Uyğun namizədlər CV-ni “İstehsalat sənədləşməsi” başlığı ilə göndərə bilərlər.

Son müraciət tarixi:15.06.2023