Əmtəə meneceri

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 14.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair əsas tələblər:

  • Orta ixtisas, ali təhsil - üstünlükdür;
  • 1C proqram anlayışı;
  • Müvafiq sahədə təcrübə üstünlükdür;
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (rus dillərini bilənlərə üstünlük verilə bilər).

Əsas vəzifə və öhdəliklər:

  • Şourumda olan məhsulların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə qaydalarına riayət olunmasını təmin etmək;
  • Məhsulların inventarizasiyasını təlimatlara uyğun təşkil etmək;
  • Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
  • Məhsulların qəbulu-çıxışı, yerləşdirilməsi, transferi, keyfiyyətinə nəzarət, uyğun olaraq şöbə tərəfindən verilən səlahiyyətlər daxilində əməliyyatların icrasının təşkili;
  • Şourumda sərgilənmiş məhsulların üzərində məhsul kodunun və satış qiymətlərinin göstərilməsinin təşkili;
  • Tələb edilən müvafiq hesabatların vaxtında təqdim edilməsi;
  • Daxil olunmuş sənədlərin qeydiyyata alınması;

İş şəraiti:

  • Həftə ərzində 6 günlük iş qrafiki;
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq;
  • Yaş həddi : 22-35.

Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə CV-lərini e-mailin mövzu hissəsində “Əmtəə meneceri” sözlərini qeyd edərək göndərsinlər. Əks halda göndərilmiş CV qəbul olunmayacaq.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.