İşin təsviri
Namizədə aid tələblər:
- Təhsili: Ali
- İş təcrübəsi: Satış üzrə ən azı 2 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan
- dilində səlis danışıq, rus və inigilis dilini bilənlərə üstinlük verilir
- Yaşı: 20 – 35 yaş arası
- Yalnız xanım namizədlər
- Şəkilli cv
Şəxsi keyfiyyətləri:
- Geyim kodeksinə əməl etməklə rəsmi şəkildə geyim formasına nəzarət etmək;
- Xarici görünüşünə səliqəli şəkildə fikir vermək;
- Etiket və etik davranış qaydalarını yüksək səviyyədə bilmək;
- Yüksək səviyyədə danışıq qabiliyyətinə malik olmaq (əsas da satış prosesində və müştərilərlə görüşdə), fikrini aydın şəkildə izah etmək və aktiv satış bacarığına malik olmaq;
- Dəqiq, nizam-intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
- Karyerasını satış sahəsində qurmaq istəyən;
- Təşkilati və analitik bacarıqlara malik olmaq;
Vəzifə və öhdəliklər:
- Cəmiyyət üzrə ilk növbədə Satış staretigiyasının planını hazırlayıb rəhbərliyə təqdim etmək;
- Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi, müştəri bazasının formalaşdırılması və potensial müştərilərlə işgüzar əlaqələrin qurulması;
- Cəmiyyətin məhsullarına dair tanıtımlar etmək, müştərilərə müəssisə, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, qarşıya qoyulan hədəflərin və satış planının yerinə yetirilməsi;
- Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
Ümumi şərtlər:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş vaxtı: Bazar ertəsi – Cümə günləri (1-5-ci günlər) / Saat: 09:00 – 18:00;
- Şənbə günü: 09:00 – 15:00
- Nahar vaxtı: saat: 13:00 – 14:00;
- İstirahət günü: Bazar günləri;
- Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir.
Məsul şəxs: Şəkər xanım
Əlaqə nömrəsi: (051) 520 49 90