Tikinti sahəsində müasir texnoloji metodların tətbiqi üsullarını;
Tikinti sahəsinin və ya obyektiv istehsalat-təsərrüfat fəaliyyətinin müəyyənləşdirilməsinə aid müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərini və digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri;
Tikinti istehsalatının təşkili və texnologiyasını, tikilən obyektlərin layihə-smeta sənədlərini;
Tikinti-quraşdırma işlərinin icrasına və qəbuluna aid norma və qaydaları, texniki şərtləri;
İcra olunan işlər üzrə vahid norma və qiymətləri, əmək haqqının ödənilməsinə aid əsasnamələri;
Obyektdə daxili təmir işlərinin norma və tətbiqi üsullarını;
İstehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.
İş barədə:
Layihənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik edir;
Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin edir;
Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil edir;
İşin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsi, tikinti quraşdırma işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirləri həyata keçirir;
Müəyyən edilmiş vaxt ərzində obyektin verilməsi planını və tikinti quraşdırma işlərinin kəmiyyət/ keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini təmin edir;
İş icraçıları üçün tikinti quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən etməklə onların yerinə yetirilməsinə nəzarət edir;
Subpodrat təşkilatlar üçün iş sahəsi hazırlayır, müqavilə şərtlərinə görə işlərin zamanında və keyfiyyətlə yerinə yetirilməsini tələb edir, onlardan görülmüş işi təhvil alır;
Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edərək müvafiq şöbəyə təqdim edir;
Tabeliyində olan işçilər arasında iş bölgüsünü aparır,onların işlərini təşkil edərək nəzarət edir;
Tikintidə istifadə olunacaq tikinti materiallarını vaxtında müəyyən edir və zəruri tikinti materiallarının siyahısını təchizat şöbəsinə yönləndirir;
Obyektdə anbar təsərrüfatı və maddi sərvətlərin qorunması üzrə mütəmadi yoxlamalar aparmaqla sifarişin düzgün verilməsini izləyir;
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirir.
İş şəraiti:
Əmək haqqı müsahibə əsasında təyin ediləcək;
İş rejimi: 6 günlük;
Yaşayış, qidalanma, yol xərcləri və korporativ nömrə ilə təmin olunma;