İşin təsviri
                
                
                                
                Tələblər:
	- Ali təhsil;
 
	- Yaş aralığı: 21-35;
 
	- Azərbaycanca və rusca səlis nitq qabiliyyəti;
 
	- Ana dilimizin qrammatika və orfoqrafiyasına bələd olmaq;
 
	- Kompüter bilikləri;
 
	- Analitik düşünmə qabiliyyəti və təməl riyazi bacarıqlar;
 
	- Daim inkişafa açıq olmaq, işə qarşı həvəs və motivasiya ilə yanaşmaq;
 
	- Nizam-intizamlı, dəqiq, punktual, məsuliyyətli və çalışqan olmaq;
 
İş, vəzifə və öhdəliklər haqqında:
	- Ofisdaxili nizam-intizamın tənzimlənməsi;
 
	- Sənəd mübadiləsinin və kargüzarlıq işlərinin həyata keçirilməsi;
 
	- İnventar və təminat-təchizat üzrə işlərin idarə edilməsi;
 
	- Müştərilər tərəfdən müraciətlərin zəng və mesaj ilə cavablandırılması;
 
	- Sifarişlərin qeydə alınması;
 
	- Sifariş və məhsulların müştəriyə çatdırılması prosesinin tənzimlənməsi;
 
	- Aylıq hesabatların hazırlanması;
 
Namizəd bizimlə işləməklə nə(lər) qazanacaq:
	- Gənc, dinamik, yaradıcı komandanın üzvü olaraq, komandada işləmə bacarıqlarını inkişaf etdirmək;
 
	- Fərdi inkişafın şirkət tərəfindən tam dəstəklənməsi;
 
	- Təşkilatı işlərdə istifadə etdiyimiz proqram təminatlarını öyrənmək;
 
	- Əmək bazarında ehtiyac olacaq vərdiş və bacarıqlara yiyələnmək;
 
	- Ədalətli idarəetmə mühitində işləmək;
 
	- Şirkətə qatılan əlavə dəyərin hər zaman qarşılığını görmək.
 
İş qarfiki: Həftə içi 5 gün saat 09:00-18:00, 13:00-14:00 nahar fasiləsidir.
Əmək haqqı: 400 AZN + satışdan bonus %.
Müraciət qaydası: Namizədlərdən öz CV-lərini “Ofis menecer” başlığı ilə e-mail ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Müraciətlər sadəcə elektron poçt üzərindən qəbul edilir. Uyğun namizədlər yaxın zamanda müsahibə mərhələsinə dəvət ediləcək. Uğurlar!