Nəqliyyat üzrə Mexanik

  • Premium Mining
  • Elanın qoyulma tarixi: 08.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Hasilatın fasiləsiz və keyfiyyətli davam etməsi üçün nəqliyyat vasitələrinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasına daim nəzarət edir;
  • Hasilat sahəsinin daim monitorinq edilməsində iştirak etmək, aşkarlanan nasazlıqlar, onların həlli və lazım gəldikdə profilaktik tədbirlər barədə aidiyyəti üzrə məlumat verir;
  • Hərəkətdə olan nəqliyyat vasitəsinin saz vəziyyətdə olmasını onun cədvələ uyğun xəttə çıxması və işin sonunda xətdən qayıdarkən qəbul zamanı onun nasazlığının müəyyən edilməsinin təmin edir; 
  • Xətlərdə avtomobillərin və texnikaların vəziyyətinə texniki nəzarəti həyata keçirir və təmir zamanı nasazlığın səbəblərini müəyyənləşdirir və onların aradan qaldırılması üçün tədbirlər görür; 
  • Hərəkətdə olan nəqliyyat vasitələrinə xidmətin göstərilməsinin və təmirin aparılmasının cədvəlini işləyib hazırlayır və bu işlərin vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir;
  • Xətlərdə avtomobillərə texniki yardımın göstərilməsində iştirak edir; 
  • Sürücülərin avtomobillərin və texnikaların texniki istismar qaydalarına riayət etmələrinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının yerinə yetirilməsinə nəzarət edir; 
  • Xəttə çıxmazdan əvvəl sürücülərə göstəriş verir; 
  • Yeni hərəkət hissələrinin qəbulunda və eləcə də avtomobillərin hesabdan silinməsində və aqreqatların, şinlərin, avtomobillərin təmirə verilməsində iştirak edir, qəza xarakterli zədə almış avtomobillərin təmir olunması üçün sənədləri rəsmiləşdirir; 
  • Yük avtomobilləri və texnikaların hərəkət hissələrinin ayrı-ayrı detallarının, qovşaqlarının vaxtından tez sıradan çıxmalarının səbəblərini müəyyən etmək üçün onların istismar şəraitini öyrənir, hərəkət hissələrinin texniki vəziyyəti ilə əlaqədar boşdayanmalarının səbəbini və müddətini təhlil edir, onların istismar müddətlərinin artırılması və texniki nasazlığının aradan qaldırılması üçün tədbirləri həyata keçirir; 
  • İşlənən materialların sərf edilmə normalarına riayət olunmasını təmin edir;
  • Hərəkətdə olan nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması məsələləri ilə bağlı səmərələşdirici təkliflərə baxılmasında iştirak edir, qəbul olunmuş təkliflərin tətbiq olunmasını təmin edir.
  • Avtonəqliyyat şöbəsinin rəhbəri olmadıqda onun əmək funksiyalarını yerinə yetirir; 
  • Nəqliyyat rəhbəri tərəfindən verilən gündəlik digər tapşırıqları yerinə yetirir;

Namizədə olan tələblər:

  • Ali texniki təhsil 
  • Müvafiq sahədə minimal 3 -5 il iş təcrübəsi;

İş şəraiti:

  • 6 günlük iş qrafiki 
  • Nəqliyyat ilə təmin olunma;
  • Nahar ilə təmin olunma;

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini elektron ünvanına  (“Nəqliyyat üzrə mexanik” başlığı ilə) göndərməyini xahiş edirik.

Premium Mining tərəfindən digər vakansiyalar