İşin təsviri
Məsuliyyətlər:
- Şirkətin sayt və sosial şəbəkə hesablarının idarə edilməsi (Facebook, Instagram, Linkedin, Youtube və s. Facebook Ads Manager, Google Ads ilə işləmək bacarığı);
- Vebsaytların optimizasiyası, SEO və SEM;
- Hər bir sosial media platformasında məhsul və xidmətlərinizə dair müvafiq bölmələrin əlavə olunması, dizayn edilməsi, məlumatların yerləşdirilməsi və funksiyalardan maksimal dərəcədə effektiv istifadə olunması;
- Sosial Media planının hazırlanması və icrasına nəzarət;
- Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi;
- Sosial media paylaşımları, müştəri rəylərinin cavablandırılması;
- Səhifəyə gələn sorğuları cavablandırılmasını təmin etmək;
- Günlük və həftəlik kontentin hazırlanıb paylaşılması;
- Paylaşılan postlar üçün maraqlı və yaradıcı məzmun təkliflərini vermək;
- Reklam nəticələrinin hesabatının hazırlanması;
- Qrafik dizaynerlə tərtib olunmuş dizaynların təsdiqlənməsi və təhvil alınması
Tələblər:
- Müvafiq vəzifə üzrə azı 1 (bir) il iş təcrübəsi;
- Yaş həddi: 23-35
- Azərbaycan dilində peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; orta səviyyədə ingilis və rus dili biliyi;
- Düzgün kopiraytinq, mətn yazma bacarığı;
- Yenilikləri və trendləri izləməli;
- Müxtəlif idman növlərinə yüksək maraq (əsasən futbol və basketbol) ;
- Zərurət yarandıqda həftə sonları, axşamlar və bayram günləri daxil olmaqla çevik işləmək bacarığı;
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığı, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
- Nəticələrlə bağlı tələblərə uyğun hesabat hazırlaya bilmək;
- Facebook və Instagram reklamları üzrə daha bilikli olanlara üstünlük veriləcək
İş şəraiti:
- 5 günlük iş həftəsi, istirahət günü həftədə 2 gün;
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
- Əmək haqqı – 1000-1200 AZN
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 may 2023-cü il tarixinədək elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsinə “SMM” qeyd etməyinizi xahiş edirik.