Bazar Risklərin İdarəedilməsi üzrə Mütəxəssis

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 04.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Bankın bazar və likvidlik risklərinin idarə edilməsinə aid olan daxili siyasət və prosedurları barəsində dərindən məlumat
  • Kəmiyyət modellərinin inkişafı, yenilənməsi və tətbiqi üçün çərçivənin inkişafına dəstək vermək (məsələn, statistik əsas ölçmə metodları, həssaslıq analizi, ssenari analizi və s.)
  • Pul bazarı, istiqraz, kapital və derivativ ticarəti üçün limitlərin monitorinqi, ölçülə bilən risklərin təsdiq olunmuş limitlər daxilində olmasını təmin etmək
  • Bankın valyuta və faiz dərəcələri risklərindən qorunma strategiyalarının metodoloji inkişaf prosesində nəzarət və dəstək göstərmək
  • Bankın daxili bazar risk modellərinin nəticəsi əsasında daxili hesabatların idarə edilməsi (bazar riskinə məruz qalma tədbirləri arasındakı əlaqənin qiymətləndirilməsi də daxil olmaqla; risk altında olan dəyər, stress testləri və ticarət limitləri)
  • Bazar riskini azaltma prosedurlarının koordinasiyası, onların icrasına nəzarət etmək
  • İnkişaf etmiş risk siyasətləri və metodologiyalarının düzgün istifadəsinə nəzarət etmək
  • Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
  • Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
  • Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
  • Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək.
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.
  • Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq. 
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahədə Bakalavr dərəcəsi.
  • İş təcrübəsi: Bazar riskləri və ya digər müvafiq sahədə minimum 1 il iş təcrübəsi
  • Xarici dillər: İngilis (səlis)
  • Kompüter bilikləri: Microsoft Office
  • Məhsul üzrə biliklər: Maliyyə məhsulları və maliyyə bazarları haqqında bilik
  • Bazar üzrə biliklər: Tələb olunur
  • Texniki biliklər:
  • Statistik modelləşdirmə üzrə biliklər
  • R (data.table, tidyverse və.s), Power BI ilə sərbəst işləmə bacarığı

İşəgötürənin reytinqi