İşin təsviri
İş barədə məlumat:
- IT anbarında malların qəbulu, saxlanması, hazırlanması, təslim edilməsi və siyahıya almasıyla bağlı bütün fəaliyyətlərin tam və koordinasiyalı şəkildə idarə edilməsi;
- Şirkət üçün alınan IT cihazlarının tələbinin açılması, gələn malların sənəd və fiziki uyğunluğunu kontrolu;
- İstifadə edilən avadanlıqların uyğun şöbələrə xərclərin göndərilməsi;
- Gündəlik anbar hərəkətlərinə mütamadi olaraq nəzarət edilməsi, faktiki və sistem üzərindən məhsulların anbar giriş çıxışlarının həyata keçirilməsinin təmin edilməsi;
- Anbar ehtiyatını sağlam şəkildə izləyərək, ehtiyac olan avadanlıqların IT rəhbərliyinin tələbləri əsasında satınalma tələblərinin açılması və təqib edilməsi;
- Şirkətdə şöbələr arasında İT cihazlarının yer dəyişməsi zaman müvafiq sənədləşmə işlərinin təqibi;
- Xidmət aldığımız kənar şirkətlərdən aylıq təqdim edilən hesab-fakturaları kontrol etməli və ödənişin həyata keçirilməsi üçün mühasibata göndərilməsi;
- IT anbarının daim aktual halda tutulması;
- Avadanlıqların ehtiyatı bitmədən sifarişini açılması;
- Alış, - İstehsalçılar/təchizatçılarla danışıqlar aparır, tələb olunan material resursları ən sərfəli şərtlərlə (keyfiyyət standartları, qiymət, çatdırılma şərtləri) alınması barədə razılıq əldə edir;
- Rəbərin verdiyi digər tapşırıqların icra edilmısi
Namizədə tələblər:
- Ofis texnikası ilə işləmə bacarığı;
- Microsoft Office və 1C proqramlarını bilməlidir;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
- Ali təhsilli olmalı;
- Müvafiq sahədə təcrübəsi olması üstünlükdür;
- IT avadanlıqlarından anlayışlı olmalı;
- Dəqiq və məsuliyyətli olmalı;
- Təqib və ünsiyyət bacarıqları olmalı.
İş rejimi:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
- Həftə içi 5 gün (şənbə günü qısa iş günüdür)
- Əmək haqqı: Müsabiqə əsasında təyin ediləcək
- Saat : 10:00-dan -19:00-dək
- İş Ünvanı: Tehsil Nazirliyinin yanı (Heydər Əliyev mərkəzinin yaxınlığında)
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “IT avadanlıqlarının təchizatı üzrə mütəxəssis” qeyd etməklə [email protected] göndərmələri xahiş olunur.