Dondurma satışı müdiri

İşin təsviri

Vəzifə: Dondurma satışı müdiri

Namizədə tələblər                                                                        
                   
- Dondurma satışı üzrə iş təcrübəsi                    
- Ali savad                    
- Kompüter bilikləri (yüksək səviyyədə)                    
- Dil bilgisi (ingilis, rus)                   
                   
İş barədə məlumat                   
                   
- Müqavilə və sazişlərin, biznes planların hazırlanması və həyata keçirilməsinə nəzarəti və riskin qiymətləndirilməsi                    
- Müəssisənin məhsullarının satışı texnologiyası, metodları, forma və sxeminin hazırlanması                    
- Bazarın araşdırılması (məhsula olan tələbatın analiz edilməsi, rəqib şirkətlərin bazardakı mövqeyi və fəaliyyətinin öyrənilməsi) və onun inkişaf tendensiyalarının öyrənilməsi                    
- Məhsula (dondurmaya) olan tələbat haqqında informasiyaların toplanılmasını təşkil edir, tələbatda dəyişikliklərin (artıb azalma) səbəbini araşdırılması                    
- Satış bazarının daha effektiv sektorlarının meydana çıxarılması                    
- Məhsulun daha perspektivli və daha potensial alıcılarının meydana çıxarılması (topdan və pərakəndə satış şirkətlərini, digər müəssisələri və s.) və onlarla işgüzar əlaqələrin yaradılması                    
- Alıcılarla danışıqların aparılması: məhsul haqqında ümumi məlumatların və onların xüsusiyyətlərinin təqdim edilməsi                    
- Məhsula olan tələbat və məhsul haqqında verilən rəylər barədə məlumat verilməsi, alıcıların potensial tələbatlarının aşkara çıxarılması və s.                    
- Alıcılardan məhsulun keyfiyyət xarakteristikasına tələblərinə aid informasiyaların toplanılmasının təşkili                    
- Daimi müştərilərlə əlaqələrin saxlanılması və onlarla müqavilələrin vaxtaşırı yenilənməsi                    
- Rəhbərliyə təqdim etmək üçün satışın həcminin analiz edilməsi və analizin nəticələri haqqında hesabatların hazırlanması                    
- Satış növünü müstəqil olaraq təyin etmək                    
- İşinin təkmilləşdirilməsi üçün müəssisə rəhbərliyinə təkliflərin verilməsi                    
- İş saatları: 08:00-17:00                    
- Nahar şirkət tərəfindən verilir                    
- Servislə təmin olunur                   
- Zəhmət olmasa CV göndərərkən qeyd olunan vakansiyanın adını e-mailin mövzu bölümündə qeyd edin.

İş təcrübəsi   Dondurma sahəsində minimum 3 il                
                   
Telefon  (012) 404 11 14                
                   
E-mail  
[email protected]                  
                   

PalSüd Dağıtım MMC tərəfindən digər vakansiyalar