Palmali Şirkətlər Qrupunun tərkibində 48 müxtəlif müəssisə və cəmiyyət fəaliyyət göstərir. Baş ofisi Türkiyənin İstanbul şəhərində yerləşən Şirkətlər Qrupu 1998-ci ildə təsis edilib və hazırda 45 min nəfərlik kadr heyətinə sahibdir. Artıq 2008-ci ilin əvvəlindən etibarən “PalSüd MMC” ticarət nişanı altında geniş çeşiddə süd məhsulları marketlərin r əflərini bəzəməyə başlayıb. Eyni zamanda satışın təkmilləşdirilməsi üçün “PalSüd Dağıtım” şirkəti təsis edilmişdir. 2016 ci ilden Avrora Group distributorlugunu edir.
2008-ci ilin fevralından fəaliyyətə başlamasına baxmayaraq qısa müddət ərzində PALSÜD məhsulları istehlakçıların rəğbətini qazanaraq yerli bazarda tanınan ticarət nişanına çevrilib. 2009-cu il 21 fevral tarixində şirkət “Süd məhsulları sənayesinin inkişafına töhfələrinə görə” İqtisadiyyat və Biznes sahəsəində Milli “Uğur 2008” mükafatı ilə təltif olunmuşdur.