Ofis Menecer

  • A+A Security
  • Elanın qoyulma tarixi: 23.06.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət: A+A Security MMC

Vəzifə: Ofis Menecer

Vəzifə öhdəlikləri:

• Telefon danışıqlarının aparılmasını təşkil edir (daxil olan zənglərin qəbulu, zənglərin yönləndirilməsi);
• Ofisin lazımi dəftərxana, sərfiyyat malları və başqa mal-material sərvətləri ilə təchiz edilməsini təşkil edir (ofisin xidməti və maddi texniki təminatının tələbatını təhlil və təyin edir);
• Görüşə gələnlərin, qonaqların, müştərilərin, partnyorların qəbul olunmasını təşkil edir;
• Kargüzarliq işlərinin aparılmasını təşkil edir (kargüzarlıq standartlarına uyğun olaraq sənədlərin tərtibatı, qeydiyyatı, saxlanılması və çıxardılmasına nəzarət edir);
• Işgüzar yazışmanı aparır (qəbul edilən, göndərilən sənədlərin qeydiyyatını və hazırlanmasını təşkil edir);

Tələblər:

• Ali təhsil;
• Azərbaycan, İngilis, Rus dillərini bilməlidir;
• MS Office proqramlarında işləyə bilmək bacarığı olmalıdır;
• İş təcrübəsi - 2 il;
• Yaş 20 – 27;
• Əmək haqqı – 350 AZN.

İş şərtləri:

• İş qrafiki 09:00-18:00 (I-V günlər).

Maraqlanan şəxslərdən CV-lərini

[email protected]

ünvanına göndərmələri xahiş olunur.

E-mail göndərilərkən mövzu hissəsinə "Ofis Menecer" başlığı yazılmalıdır.