İşin təsviri
                
                
                                
                Namizədə tələblər:
	- Təcrübə: Müvafiq sahədə minimum 2-5 il iş təcrübəsi;
 
	- Təhsil: Müvafiq sahə üzrə Ali təhsil
 
	- Yeni avadanlığlar ilə sürətli işi qavrama bacarığı;
 
	- Komandada işləmə bacarığı.
 
Əsas vəzifə öhdəlikləri:
	- Texnoloji avadanlığın istismar edilməsi şərtlərinə nəzarət etmək;
 
	- İstehsalatda hazırlanan məmulatların qida standartlarına və reseptlərə uyğun hazırlanmasına nəzarət etmək;
 
	- Gigiyena qaydalarına əməl etmək, qida analizlərinin mütəmadi aparılmasını təşkil etmək;
 
	- Yeni növ məhsulların yaradılmasında və istehsala tətbiqində iştirak etmək;
 
	- İstehsalata gələn xammaldan hazırlanmış məhsullardan nümunə götürərək analizlər aparmaq;
 
	- İstehsal zamanı ortaya çıxan problemləri həll etmək, fəaliyyətlərin fasiləsiz davam etməsini təmin etmək;
 
	- Qida məhsullarının saxlanıldığı anbarın və istehsalatın təşkil edildiyi xammalın təmiz saxlanılmasına nəzarət etmək;
 
	- Məhsul hazırlanmadan öncə və sonra keyfiyyət göstəricilərinin standartlara uyğunluğunu yoxlamaq;
 
	- Alınan nəticələri sənədləşdirib tərtib etmək;
 
	- Sahələr üzrə “Texnoloji prosesə nəzarət kartları”nın aparılmasını və məlumatların aidiyyatı struktur bölmələrinə çatdırılmasını təmin etmək;
 
	- İş prosesi zamanı yarana biləcək problemləri tez bir zamanda aradan qaldırmaq.
 
Şərtlər:
	- İş qrafiki: Növbəli iş qrafiki, 6 günlük
 
	- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi 
 
	- Əmək haqqı: Müsahibə əsasında təyin olunur (minimal 800 AZN)
 
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Qida mühəndisi-Texnoloq“ qeyd etmələri xahiş olunur!