Tələbə Koordinatoru

  • Tech Academy
  • Elanın qoyulma tarixi: 25.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə sahibinin rəhbəri: Bu vəzifəni tutan şəxs baş koordinatora hesabat təqdim etməlidir.

Tələbə koordinatoru, Tech Academydə təhsil alan tələbələrlə birbaşa münasibətdə olan, ehtiyac duyduqları anlarda onlara köməklik göstərən, problemlərini həll edən eyni zamanda yaxın dostuna çevrilən bir əməkdaşımızdır. Əsas vəzifə öhdəliyi cavabdeh olduğu tələbələrlə bağlı dataları spesifik formatda toplamaq, onları proseslər haqqında məlumatlandırmaq və bu gedişata nəzarət etməkdir.

Öhdəlikləriniz:

  • Kursa yeni qəbul olmuş tələbəyə orientasiya proqramını keçirmək.
  • Tələbəni hər yeni mərhələdə müvafiq dərs materialları ilə təmin etmək.
  • Tələbəni kurs müddətində olan proseslər haqqında mütəmadi olaraq məlumatlandırmaq (dərsin başlaması haqqında, qeyri iş günlərində dərsin keçirilib-keçirilməməsi haqqında, imtahan tarixləri haqqında və s).
  • Hər həftə sonunda və ay sonunda müəyyən hesabatların hazırlanması.
  • Təqdimat,imtahan və interview günlərinin keçirilməsi üçün otaq təyin etmək. Otaqdakı şərait və avadanlıqlara diqqət edib, istifadəyə hazır vəziyyətə gətirmək.
  • Tələbələrin qiymətləndirmə prosedurlarını tamamlamaq. Müəllim və mentorlardan müvafiq balları əldə etdikdən sonra yekun nəticəni hesablayıb, tələbələrin elektron poçtlarına göndərmək.
  • Tələbələrlə periodik individual görüşlər və ya ümumi sorğular (anketlər) keçirmək, əldə olunan məlumatları analiz edib, baş koordinator ilə paylaşmaq.
  • Tələbələrin məzuniyyət və sertifikasiya prosesini icra etmək.
  • Tələbər üçün nəzərdə tutulan tədbirlərin təşkilat hissəsində iştirak etmək.
  • Baş koordinatorun tapşırıqlarını yerinə yetirmək. 

Tələblər:

 

Seçiləcək namizəd aşağıda qeyd edilən özəlliklərə sahib olmalıdır:

Axtarılan xüsusiyyətlər:

  • Eqosuz, təvazökar və düşdüyü situasiyalardan çıxma bacarığı. 
  • Analitik düşünmə qabiliyyəti. Axsaqlıqları vaxtında təyin etmək və həll etmək.
  • Yaxşı ünsiyyət və qavrama bacarıqları, insanları həvəsləndirmək və ilhamlandırmaq bacarıqları.
  • Mehriban və gülərüz olmaq. İşində səbrli və dəqiq olmaq.
  • Ekstravert və optimist olmaq.
  • Tələbələrlə yaxın münasibət qurmaq və onların dostuna çevrilmək.
  • Tənqidə açıq, öz üzərində daim çalışan, komanda ilə işləməyə yatqın. 
  • Eyni anda bir neçə tapşırıqla işləmə bacarığı. Deadlinelara uyğun tarixlərdə və istənilən formatlarda işləri təhvil vermək. 

Təhsil:

  • Bakalavr diplomuna sahib.

Xarici dillər:

  • Azərbaycan dili(səlis), İngilis dili(Pre-İntermediate).

İş rejimi:

  • Həftənin 6 günü: saat 15:00-21:30

Bazar günü və rəsmi qeyri iş günləri istirahət günləri olaraq nəzərdə tutulub.

Tədris mərkəzinin ünvanı:  E-Gov binası: Atatürk prospekti 89.Z

Email: [email protected]

İşəgötürənin reytinqi