HR menecer

  • Tech Academy
  • Elanın qoyulma tarixi: 17.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tech Academy Azərbaycanda Python üzrə ixtisaslaşmış akademiyadır. Günün trendinə çevrilən və tələb olunan proqramlaşdırma dili Python akademiyamızda  kompleks şəkildə tədris edilməkdədir.

Vəzifənin adı: HR menecer

İşin təsviri və öhdəliklər:

- Kadrlara olan tələbin müəyyənləşdirilməsi, vakansiyaların elan edilməsi və uyğun namizədlərin seçilməsi;
- İllik tədris ehtiyaclarının müəyyənləşdirilməsi, təlimlərin təşkili və həyata keçirilməsi;
- Tələbə və müəllimlərin davamiyyətinə, o cümlədən dərs qrafikinə nəzarət, heyətlə işin təşkili;
- Tələbələr üçün məmnuniyyət sorğularının hazırlanması, keçirilməsi və nəticələrə uyğun olaraq müvafiq tədbirlərin həyata keçirilməsi;
- Məzunlar üçün referans məktublarının  hazırlanması;
- Məzunların karyera planlaşdırılması ilə bağlı layihələrin hazırlanması, seçilmiş tələbələrin işlə təmin olunması istiqamətində işlərin aparılması, partnyor şirkət və qurumların seçilərək onların kadr ehtiyaclarının öyrənilməsi;
- Tələbələrin asudə vaxtlarının dəyərləndirilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi;
- Aylıq hesabatların təqdim olunması.

İş qrafiki: I- V gün: 10:00-dan 19:30-dək

Əmək haqqı: 600-800 AZN

Namizədə tələblər:

- Ali təhsil
- Azərbaycan və rus  dillərində səlis danışma qabiliyyəti
- İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında mükəmməl biliyə sahib olması;
- İnsan resursları sahəsində ən azı 3 il iş təcrübəsi
- Yüksək səviyyədə (Word, MS Excel, Outlook) ilə işləmə bacarığı
- Şifahi və yazılı ünsiyyət qurmaq bacarığı, komandada işləmək bacarığı
- Məsuliyyətli, operativlik, dəqiqlik, etibarlılıq kimi müsbət göstəricilərə sahib olma

Yalnız HR təcrübəsi olan namizədlərin CV-nə baxılacaq.

Öz potensialına və bacarığına güvənən namizədlər mövzu yerində “HR menecer” yazmaqla CV-lərini [email protected] ünvanına göndərə bilər. 

İşəgötürənin reytinqi