Marketinq üzrə mütəxəssis

  • Azərpoçt
  • Elanın qoyulma tarixi: 20.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Təşkilatın illik marketinq planının icrasının təşkili və ya birbaşa dəstək verilməsi
  • Bazarın araşdırılması, müqayisəli təhlillərin aparılması, şirkətin məhsullarının bazarda mövqeyi haqqında düzgün nəticələr təqdim olunması
  • Bazar araşdırmasına və tələblərə əsasən mövcud məhsulların inkişaf etdirilməsi üçün təkliflərin verilməsi
  • Fərqli məhsullar  üzrə ayrı-ayrı marketinq planlarının hazırlanması və icrası
  • Rəqəmsal marketinq fəaliyyətinə dəstək verilməsi (Veb-səhifə və sosial şəbəkələrdə reklam və digər kampaniyaların yaradılmasının təşkili və s.)
  • “Google SEO” və “Mass Mail” işinin təşkili
  • Şirkətin brendbukuna uyğun brendinq işlərinin aparılmasına birbaşa dəstək verilməsi
  • Filiallar, şöbələr və digər təmas nöqtələri üçün materialların hazırlanması;
  • Dövrü hesabatların hazırlanması və təhlili.
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasını yerinə yetirir

Namizədə dair tələblər:

  • İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi (Maliyyə, xidmət sektorunda olanlara üstünlük veriləcək)
  • Rus və ingilis dili biliyi (Yenilikləri izləyə bilməsi və araşdırmalar aparmaq üçün)
  • Yüksək səviyyədə MS offis proqramlarından istifadə bacarığı
  • Təqdimat və ünsiyyət bacarığı
  • Analitik və tənqidi düşünmə bacarığı
  • ·Məsuliyyətlilik, çeviklik, dürüstlük
  • ·Komanda ilə işləmə bacarığı

İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan:  Ü.Hacıbəyli 72)

İş vaxtı: Həftəiçi 5 gün, saat 9:00 – 18:00

Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

Maraqlananlar, öz CV-lərini “Marketinq üzrə mütəxəssis” başlığı ilə göndərə bilərlər. 

Email: [email protected]  

İşəgötürənin reytinqi