SMM mütəxəssis

  • Caspian Tech QSC
  • Elanın qoyulma tarixi: 20.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Məsuliyyətlər:

  • Şirkətin sayt və sosial şəbəkə hesablarının idarə edilməsi (Facebook, Instagram, Linkedin, Youtube və s. Facebook Ads Manager, Google Ads ilə işləmək bacarığı);
  • Vebsaytların optimizasiyası, SEO və SEM;
  • Hər bir sosial media platformasında məhsul və xidmətlərinizə dair müvafiq bölmələrin əlavə olunması, dizayn edilməsi, məlumatların yerləşdirilməsi və funksiyalardan maksimal dərəcədə effektiv istifadə olunması;
  • Sosial Media planının hazırlanması və icrasına nəzarət;
  • Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi;
  • Sosial media paylaşımları, müştəri rəylərinin cavablandırılması;
  • Səhifəyə gələn sorğuları cavablandırılmasını təmin etmək;
  • Günlük və həftəlik kontentin hazırlanıb paylaşılması;
  • Paylaşılan postlar üçün maraqlı və yaradıcı məzmun təkliflərini vermək;
  • Reklam nəticələrinin hesabatının hazırlanması;
  • Qrafik dizaynerlə tərtib olunmuş dizaynların təsdiqlənməsi və təhvil alınması

Tələblər:

  • Müvafiq vəzifə üzrə azı 1 (bir) il iş təcrübəsi;
  • Yaş həddi: 23-35
  • Azərbaycan dilində peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; orta səviyyədə ingilis və rus dili biliyi;
  • Düzgün kopiraytinq, mətn yazma bacarığı;
  • Yenilikləri və trendləri izləməli;
  • Müxtəlif idman növlərinə yüksək maraq (əsasən futbol və basketbol) ;
  • Zərurət yarandıqda həftə sonları, axşamlar və bayram günləri daxil olmaqla çevik işləmək bacarığı;
  • Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığı, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
  • Nəticələrlə bağlı tələblərə uyğun hesabat hazırlaya bilmək;

İş şəraiti:

  • 5 günlük iş həftəsi, istirahət günü həftədə 2 gün;
  • AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
  • Əmək haqqı – 700-1000 AZN

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 may 2023-cü il tarixinədək elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsinə “SMM” qeyd etməyinizi xahiş edirik.

Email: [email protected]