Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi

  • Ateshgah Sigorta
  • Elanın qoyulma tarixi: 18.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Daxili və xarici PR planının hazırlanması;
  • Daxili və xarici PR planı üzrə icra olunan işlər haqqında hesabatın hazırlanması;
  • Daxili və xarici PR-ın monitorinqi (media ilə sıx əlaqələr də daxil olmaqla);
  • Müxbirlər, TV və radio kanallarla əlaqələrin yaradılması və koordinasiyası, Şirkətin təbliğ olunmasını dəstəklənməsi və monitorinqi;
  • Şirkətin cari fəaliyyətininin KİV-də işıqlandırılmasının təmin edilməsi;
  • KİV tərəfindən daxil olan informasiya sorğularının cavablandırılması;
  • İctimaiyyətlə əlaqələr sahəsi üzrə materialların hazırlanması və redaktə edilməsi;
  • Şirkətə məxsus xəbərlər haqqında press-relizlərin yazılması, rəhbər şəxslərlə müsahibələrin təşkili və hazırlanması;
  • Marketinq planının hazırlanması, həyata keçirilməsi və monitorinqi;
  • Marketinq planı üzrə icra edilən işlər haqqında hesabatların hazırlanması
  • Loyallıq sistemi üzrə planın hazırlanması, həyata keçirilməsi və monitorinqi
  • Şirkət brendinin nüfuzunun qorunmasında iştirak etmək;
  • "Carçı" jurnalı və bülletenlərin hazırlanması;
  • Sosial şəbəkələrə daxil olan şikayətlər üzrə işləmək;
  • Korporativ saytın məzmununun monitorinqi və vaxtında yenilənməsi;
  • İdarə Heyəti / Komitələr üçün təqdimatların və hesabatların hazırlanması;
  • Birbaşa rəhbərin və o cümlədən şuranın/komitələrin tapşırıqlarını yerinə yetirmək;
  • Birbaşa rəhbər tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək.

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 - 17:30
  • İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
  • Əmək haqqı: 600-650 AZN 

Namizədə tələblər:

  • Yaş: 25-35
  • Təhsil: Natamam Ali və Ali
  • İş təcrübəsi: Marketinq və PR sahəsində təcrübəyə malik olmalı;
  • Təşəbbüskar olmalı;
  • Kompyuterdə sərbəst işləməyi bacarmalı;
  • Ünsiyyətcil, özünə əminlik hissi, yüksək intellektual səviyyəli olmalı;
  • İnkişafa meyilli olmalı;
  • Məsuliyyətli, diqqətli və yaradıcı olmalı;
  • Microsoft Office (Word, Excel, Power Point) proqramlarını, elektron poçtdan istifadə qaydalarını;
  • Şirkətin daxili əmək nizamı qaydalarını;
  • Şirkətin kommersiya sirrinin qoruyub saxlama rejimini;
  • Zövqlü və yaradıcı yanaşma qabiliyyətinə malik olmalı;
  • Dil bilikləri: Azərbaycan (əla), əlavə olaraq Rus (yaxşı) mütləqdir , İngilis dili (arzuolunandır).

Şəxsi keyfiyyətlər:

  • kollektivdə işləmək, qarşısına qoyduğu məqsədlərə çatmaq, işə yaradıcı yanaşmaq və sığorta cəmiyyətinin bütün strukturları ilə normal iş münasibətləri qurmaq bacarığına malik olmalıdır.

 

Müraciət üçün: https://glorri.com/ateshgah/63ef6b7eb8b386dc6a01c3ce-Marketinq%20v%C9%99%20ictimaiyy%C9%99tl%C9%99%20%C9%99laq%C9%99l%C9%99r%20%C5%9F%C3%B6b%C9%99sinin%20m%C3%BCt%C9%99x%C9%99ssisi%20?