Baş Mühasib

  • Elmanado
  • Elanın qoyulma tarixi: 18.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Yaş həddi: 50 yaşa kimi
  • Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu)
  • Dil biliyi: Azərbaycan, Rus
  • İş təcrübəsi: Mütləq qeyd olunan vəzifədə 5 ildən artıq
  • Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər
  • ACCA F2,F3 və digər beynəlxalq sertifikatlarının olması üstünlükdür
  • Kompüter bilikləri: MS Office / Excel, 1C proqramında mükəmməl işləmə bacarığı
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

İş haqda məlumat:

  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətini təşkil və nəzarət etməlidir
  • İstehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etməlidir
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etməlidir
  • Tabeçiliyində olan işçilərin şirkətin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrini təmin etməlidir
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərinm yerinə yetirilməsini və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etməlidir
  • Tenderlərdə iştirakı ilə bağlı sənədləşmələr hazırlanmalıdır

İş şəraiti:

  • İş qrafiki : Həftənin 6 günü, bazar günü istirahət
  • Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
  • İş yeri: Bakı şəhəri, Sabunçu rayonu Zabrat 2 dairəsinin yaxınlığı

CV “Baş mühasib” başlığı ilə göndərin (məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir)

Email: [email protected]