Telemarketinq üzrə mütəxəssis

  • Kredit Evi QSC
  • Elanın qoyulma tarixi: 17.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Yaş həddi: 21-35 yaş;
  • Təhsil: natamam ali və ya orta ixtisas; 
  • İş təcrübəsi: Arzu olunandı;
  • Dil bilikləri: Azərbaycan dilini yaxşı səviyyədə,  Rus dili biliyi arzu olunandı;
  • Komputer bilikləri: MS Office proqramlarını (xüsusilə Word və Excel) əla səviyyədə bilməlidir.

Bacarıqlar:

  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
  • Ünsiyyətqurma və müştərilərlə işləmə bacarığı;
  • Sosial şəbəkədə hesabların idarə edilməsi bacarığı;
  • Foto/video çəkiliş aparmaq bacarığı;
  • Məhsulların satışını online həyata keçirə bilmə (bu sahədə təcrübəsi olanlara üstünlük veriləcək);
  • Punktuallıq.

Vəzifə öhdəlikləri:

  • Sosial şəbəkələrdə (instaqram,facebook və Tik-Tok)  şirkət hesablarını idarə etmək;
  • Sosial şəbəkələrdə reklam çəkilişlərinin təşkilində iştirak etmək;
  • Daxil olan müraciətləri cavablandırmaq ;
  • Müraciətçilərə məhsul və xidmətlərlə bağlı dolğun məlumat vermək ;
  • Müraciətləri qeydə almaq və müvafiq şöbələrə yönəltmək.

Bizim sizə təklifimiz:

  • Müasir idarəetmə sistemi və peşəkar kollektivdə təcrübə toplamaq imkanı;
  • Bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Gələcək karyeranızın qurulması üçün şəffaf mühit .

Əgər təklifimiz sizə maraqlıdırsa şəkilli cvlərinizi (şəkilli cv mütləqdir) elektron ünvanına göndərə bilərsiz.

E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Telemarketinq üzrə mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

Sosial şəbəkələrdə səhifələrin idarə edilməsi, video çəkilişlərin aparılması, canlı yayımların təşkili üzrə təcrübəsi olan , satış qabiliyyəti yüksək olan namizədlərə üstünlük veriləcək. 

Email: [email protected]