Tikinti mühəndisi

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 17.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Tikinti sahəsinin, təmir-bərpa işlərinin görüləcək sahəsinin hazırlığına nəzarət edilməsi və lazımi təlimatların verilməsi;
  • Tikinti və ya təmir üzrə icra edilmiş işlərin hesabatlarının aparılmasını təmin etmək;
  • Podrat və subpodrat təşkilatların işlərinin plan üzrə koordinasiya edilməsində iştirak etmək;
  • Podrat və subpodrat təşkilatlar tərəfindən işlərin düzgün, keyfiyyətli və aidiyyatı üzrə qurumlardan təsdiqlənmiş layihələr üzrə icra edilməsinə nəzarət etmək;
  • Təmir və bərpa üçün ehtiyac yaranmış mal-materialların, avadanlıqların iş həcmlərinin hesablanmasını təmin etmək;
  • Tikinti zamanı hazırlanan akt və jurnalların aidiyyəti üzrə təmin edilməsi;
  • Başa çatmış tikinti-quraşdırma işlərinin qəbulunda iştirak etmək;
  • Cəmiyyətin sifarişi əsasında fəaliyyət göstərən yerli və xarici podratçı, subpodratçı və digər şirkətlər tərəfindən icra olunan tikinti və təmir layihələrin gedişatını izləmək, ətraflı məlumat toplayaraq aidiyyəti üzrə müvafiq hesabatlar təqdim etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Müvafiq qanunvericilik aktları və normalarını;
  • Dil və kompüter bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (arzuolunandır), Microsoft Office və AutoCAD (ArchiCAD bilmək üstünlükdür) proqramları;
  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Mühəndis ixtisası üzrə ali təhsil;
  • Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.

 

Müraciət üçün: https://careers.azergold.az/vakansiya/tikinti-muhendisi-temir-tikinti-ve-energetika-sobesi-covdar-filiz-emali-sahesinin-temir-tikinti-ve-energetika-bolmesi

İşəgötürənin reytinqi