Baş Mühasib

  • TAİS İKF
  • Elanın qoyulma tarixi: 13.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin təsviri:

  • Bu vəzifə mühasibat uçotunun bütün aspektlərini əhatə edir və yaxşı mühasibat təcrübəsini tələb edir. Namizədin sıx müddətlərdə işləmə qabiliyyətinə malik olması gözlənilir.

Əsas iş öhdəlikləri və məsuliyyətlər:

  • Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin mühasibat uçotunu təşkil etmək;
  • Şirkətin mühasibatlıq şöbəsinə rəhbərlik etmək və müəssisənin tam dövr mühasibat uçotunun aparılmasına nəzarət etmək (ayın bağlanmasl, əmək haqqı, kreditor borcları, debitor borcları, bank üzləşdirmələri, vergilər və digər ümumi mühasibat vəzifələri)
  • Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaların hesablanmasını təmin etmək;
  • Hesabat-uçot işlərinin müasir avtomatlaşdırılma vasitələrindən istifadə edərək qurulmasında iştirak etmək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Xərc smetaların icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparmaq;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək;
  • Hesabat və prosedur standartlarına düzgünlüyünü, tamlığını və uyğunluğunu qiymətləndirmək üçün mühasibat uçotu sənədlərini, maliyyə hesabatlarını və digər maliyyə hesabatlarını hazırlamaq, yoxlamaq və təhlil etmək.
  • Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlərinin hərəkəti ilə bağlı əməliyyatlarını mühasibat hesabında əks etdirmək;
  • Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində, eləcə də pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərin hesablanması və ödənilmə öhdəçiliklərinin inventarizasiyanın aparılmasında iştirak etmək;
  • Maliyyə siyasətinə uyğun olaraq Şirkətin xammal-material, məhsul və xidmətlər üzrə maya dəyərinin hesablanması üzrə metodologiyanın, ona dəyişikliklər və əlavələrin hazırlanmasında iştirak edilməsi;
  • Vergi uçotunun aparılması;
  • Maliyyə göstəriciləri barədə hesabatların analizinin aparılması;
  • Maliyyə vəsaitlərinə olan tələbat və vəsaitlərin formalaşması arasında tarazlığın təmin edilməsi.
  • Rəhbərliyin tələb etdiyi digər sorğular.

Kvalifikasiyalar və Tələblər:

  • İqtisadiyyat/Mühasibatlıq/Maliyyə və kredit üzrə ali təhsil (minimum bakalavr dərəcəsi) məcburi tələbdir. Xüsusi ixtisas kurslarından, təkmilləşdirmə kurslarından keçmək arzuolunandır;
  • Tam dövriyyəli mühasibat uçotu və vergitutma sahəsində 5 ildən çox təcrübə və baş mühasib vəzifəsində minimum 3 il
  • Bütün mühasibat uçotu, vergi və idarəetmə uçotu prosesləri üzrə güclü biliklər;
  • Əmək və Vergi məcəllələrini, DSMF-nin aidiyyəti qanunvericiliyini;
  • ACCA, CİMA, CFA, CPA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlara malik olmalı, MS Office proqramları üzrə qabaqcıl istifadəni;
  • Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə metodiki-normativ və başqa rəhbər materialları;
  • Mühasibat hesabının metod və formalarını bilməli;
  • Uçot və hesabatı bilməli;
  • Hesabatların plan və korrespondensiyasını bilməli;
  • Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli;
  • Sənədlərin rəsmiləşdiliməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydasını bilməli;
  • Cəmiyyətin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodunu bilməli;
  • İqtisadiyyatın, istehsalat, əmək və idarəetmənin təşkilinin əsaslarını bilməli;
  • İnformasiyanın toplanması, emalı, saxlanması və təhlili;
  • Əmək haqqı üzrə bacarıqlar;
  • İlkin sənədlərin aparılması üzrə bacarıqlar;
  • Təchizatçı və alıcılarla hesablaşmaların uçotu;
  • Analitik düşüncə tərzi, sistemli, strukturlu, məsuliyyətli;
  • İş saatları baxımından çevik olmalıdır
  • Problem həll etmə qabiliyyətinə və insanlarla ünsiyyət bacarıqlarına malik olmaq
  • 1C və Excel proqramları üzrə mükəmməl bilik. Digər Microsoft Office proqramları (Outlook, Word) üzrə güclü iş bilikləri
  • Özünü idarə edən və motivasiyalı insan
  • Yetkin, sabit, nəticəyönümlü, dürüst və açıq düşüncəli aktiv insan.
  • Azərbaycan və rus dillərini sərbəst istifadəçi səviyyəsində bilməli (İngilis dili biliyi arzuolunandır).

 

Email: [email protected]