Dərmanların və tibb ləvazimatların təchizatı üzrə mütəxəssis

İşin təsviri

Tələblər:

  • Ali təhsil (tibbi təhsil üstünlükdür);
  • İngilis və rus dillərində mükəmməl ünsiyyət qurmaq və yazı bacarığı;
  • Dərman və tibb ləvazimatların satınalması sahəsində iş təcrübəsi;
  • Ofis proqramları və 1C proqramı üzrə yüksək səviyyədə bilik;
  • Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
  • Araşdırma aparmaq və analizetmə qabiliyyəti;
  • Satınalma üzrə vacib olan olan ümumi biliklər:

Vəzifə öhdəlikləri:

  • Satınalma prosesini vaxtında prosedur və qaydalara uyğun olaraq icra etmək;
  • Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
  • Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkili;
  • Dərman və tibbi ləvazimatların təchizatı ilə bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət;
  • Dərman və tibbi ləvazimatların logistika məsələlərinin həllinə dəstək olmaq;
  • Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
  • Hesabatların hazırlanması və analizi. 

İş şəraiti:

  • İş qrafiki: I-V günlər, 09:00-18:00;
  • Nahar və tibbi sığorta şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı müsahibə əsnasında namizədin bilik, təcrübə və iş bacarığına əsasən müəyyən ediləcək.

Qeyd olunmuş tələblərə cavab verən şəxlər CV-ni “mövzu” hissədə vakansiyanın adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Email: [email protected] 

İşəgötürənin reytinqi