Baş mühəndis

İşin təsviri

Vəzifə funksiyaları üzrə tələblər:

  • Layihə-smeta sənədlərini, iş həcmləri və spesifikasiyaları analiz edir;
  • Tabeçiliyində olan mühəndis heyətinini və subpodrat şirkət heyətini kordinasiyasını təmin edir;
  • Yeni texnika və texnologiyanın işlənib hazırlanması və tətbiqini təşkil edir;
  • Layihələrin plan-smetaların və qrafiklərin düzgün tərtib edilməsini və onun əsasında bir neçə sayda tikinti layihələrinin fəaliyyətinə rəhbərliyi həyata keçirir;
  • Layihədə olan uyğunsuzluqların müəyyən edir və müvafiq həll yollarının müəyyən edilməsi;
  • Smeta ilə layihə arasında olan uyğunsuzluqların müəyyən edilməsi və düzgün iş həcmlərinin hesablanaraq tərtib edir;
  • İşin yerinə yetirilməsində Risklərin Qiymətləndirilməsi və təhlükəsiz iş metodunun hazırlanması;
  • İşlərin İcra Aktlarının hazırlayır;
  • İcra aktları əsasında material, invertar, maşın-mexanizm, avadanlıq və s. sərfiyatının hesablanması və müvafiq hesabatların tərtib edir;
  • Layihəyə dair aylıq texniki hesabatları hazırlayır
  • Tikinti quraşdırma işlərinin Azərbaycanda qəbul edilmiş normalara və Beynəlxalq normalara uyğun aparılma qaydalarına uyğun işini qurur;
  • Yerinə yetirilən işlərin; sahəyə gətirilən material, avadanlıq, maşın-mexanizm, invertarlar və s;
  • Müəyyən edilmiş vaxt ərzində obyektlərin təhvil verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir;
  • Təhvil veriləcək tikinti obyektlərinin keyfiyyət səviyyəsinin monitorinqi və yaxşılaşdırılması prosesinə rəhbərlik edir;
  • Texniki problemləri aşkar etmək məqsədi ilə texnoloji ardıcıllığı, ətraf mühit şəraitini araşdırmaq və layihənin potensial təsirini qiymətləndirmək prosesində iştirak edir;
  • idarəetmə mexanizmləri həyata keçirilməsinə rəhbərlik edir;
  • Görülən işlərə dair günlük, aylıq, illik hesabatlar hazırlayır

İş şəraiti haqqında:

  • 6 gün iş günü, bazar günü istirahət
  • İş qrafki: saat 09:00-dan 18:00-na kimi
  • Şənbə: qısa iş günü
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq

Namizədə tələblər:

  • İxtisası üzrə ali təhsil;
  • Azərbaycan və Rus dil biliyi, ilkin İngilis dili biliyi;
  • Kompüter bilikləri (MS Office,  autocad və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı);
  • Komandada işləmə bacarığına malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalı;

Maraqlananlar şəkil əlavə olunmuş CV-lərini subject yerində “Baş mühəndis  qeyd edərək göndərə bilərlər.

Email: [email protected]