İşin təsviri
Vəzifə funksiyaları:
- Promouterlər komandasının ticarət zalında məsləhətçi qismində keyfiyyətli və effektiv şəkildə işlərinin təşkilini təmin etmək
- Promo qrupu üçün hədəfləri təyin etmək və onların yerinə yetirilməsinə nəzarət etmək
- “Sahələr”də promouterlərin işinin keyfiyyətini yoxlamaq
- Satış nöqtələrində promouterlərin aylıq iş qrafikini tərtib etmək
- Layihə üzrə hesabatları hazırlamaq
- Çeşid və promouterlər üçün merçendayzinq qaydaları üzrə təlimləri keçirmək
- Promo-aksiyaların həyata keçirilməsi üçün müvafiq tədbirləri görmək
- Planlaşdırılan aksiyaların qrafikinə əsasən reklam məhsullarının sayını hesablamaq və toplamaq
- Promouterləri reklam məhsulları ilə təmin etmək
- Sənəd dövriyyəsini həyata keçirmək
- Promo-aksiyaların keçirilməsi üçün avadanlığın və mükafatların alınmasına dair tender keçirmək
Vəzifə tələbləri:
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
- Office proqramları yaxşı bilmək (Word, Excel, PowerPoint)
- Səlis şifahi və yazılı kommunikasiya bacarığı
- Rus dilində sərbəst danışmaq
- BC kateqoriyası üzrə Sürücülük vəsiqəsi olmalı
- Məsuliyyətli, təşəbbüskar, proaktiv olmaq
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Baş Promouter” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
İş yeri: Bakı şəhəri və Sumqayıt şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Email: [email protected]