Kommunikasiya üzrə mütəxəssis

  • Enginet
  • Elanın qoyulma tarixi: 07.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Korporativ mədəniyyətin gücləndirilməsinə yönəlmiş daxili kommunikasiyalar planının hazırlanması və bu plan çərçivəsində müxtəlif formada tədbir və proqramların həyata keçirilməsi;
  • Şirkətin fəaliyyəti ilə bağlı xəbərlər, şirkətin inkişaf strategiyası, dəyərləri və məqsədləri, mühüm hadisələri haqqında əməkdaşların zamanında məlumatlandırılması;
  • Korporativ nəşrlərin (bülleten) hazırlanması;
  • Daxili portalın idarə edilməsi;
  • Daxili kommunikasiyanın fəaliyyəti ilə bağlı aylıq hesabatların hazırlanması;
  • Korporativ dəyərlərin formalaşdırılması və təbliğatı, sosial-korporativ və motivasiya tədbirlərinin təşkili barədə təkliflərin verilməsi;
  • İşçilərlə əlaqələrin təkmilləşdirilməsi ilə bağlı sorğuların, monitorinqlərin aparılması;
  • Şirkətin ictimaiyyətlə əlaqələr və daxili kommukasiyalar sahəsindəki fəaliyyətinin təkmilləşdirilməsi;
  • Tanıtım xarakterli mətnlərin KİV-də və sosial mediada yerləşdirilməsi, media hesabatların hazırlanması;
  • Şirkətin rəsmi saytı üçün press-relizlərin və reklam mətnlərinin hazırlanması;

Namizədə verilən tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dili, rus dili və ingilis dili-əla (yazılı və şıfahi)
  • Müvafiq vəzifədə minimum 2 illik iş təcrübəsi;
  • MS Office proqramlarından sərbəst istifadə etmə bacarığı;
  • Ünsiyyət qura bilmə bacarığı, müştəriyönümlülük, yaradıcılıq, analitik düşünmə, təqdimetmə bacarığı, təşkilatçılıq, təmsiletmə bacarığı;

İş qrafiki: 5 günlük

İstirahət günü: Şənbə, bazar günü

Əmək haqqı: Müsahibə zamanı məlumat veriləcək

Müraciət qaydası:

CV-nizi elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını “Kommunikasiya üzrə mütəxəssis” yazmaqla göndərə bilərsiniz.

Email:  [email protected]

 

İşəgötürənin reytinqi