İşin təsviri
                
                
                                
                Təsvir:
	- Təşkilat daxili hüquqi sənədləşmə işlərində, hüquqi rəylərin verilməsində, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsində və hüquqşünaslar tərəfindən icra edilən digər işlərin icrasında hüquqşünaslara köməklik göstərmək;
 
	- Müqavilələrin, ərizələrin, məktubların digər bütün növ hüquqi ekspertiza tələb edən sənədlərin tərtib edilməsini və ya nəzərdən keçirilməsini təmin etmək və ya həmin işlərin icrasında hüquqşünaslara köməklik göstərmək;
 
	- Təşkilatın korporativ hüquqi sənədlərinə dəyişikliklərin, həmçinin filial və nümayəndəliklərin qeydiyyatının təmin edilməsi üçün zəruri olan işlərin icra edilməsi;
 
	- Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətlərin, vəsatətlərin və digər məhkəmə sənədlərinin hazırlamasında və məhkəmə işinin aparılmasında hüquqşünaslara köməklik etmək;
 
	- Zərurət olduqda Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək;
 
	- Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları tələb edilən qaydada icra etmək.
 
Tələblər:
	- Hüquqşünaslıq üzrə bakalavr dərəcəsi;
 
	- Mülki, mülki prosesual və bank sahəsi üzrə qanunvericiliyi bilmək;
 
	- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq;
 
	- İngilis dilində danışıq və yazı qabiliyyətinə malik olmaq;
 
	- Zərurət olduqda məhkəmə proseslərinə iştirak etmək imkanına malik olmaq;
 
	- MS Office proqramlarını yaxşı bilmək;
 
	- Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.
 
 
Müraciət üçün: https://glorri.com/fincaazerbaijan/642d36df7ee9a5699e691309-Ki%C3%A7ik%20H%C3%BCquq%C5%9F%C3%BCnas?