İşin təsviri
Vəzifə öhdəlikləri:
- Şirkətin biznes hədəflərinə çatmaq üçün rəqəmsal marketinq fəaliyyətini həyata keçirmək;
- Məhsulların tanıtımını və satışların artırılması üçün SMM, Email, Push bildirişləri, Youtube və digər rəqəmsal kanalların idarə edilməsi;
- Sosial media platformalarında məzmun kalendarların təyinatı üzrə qurulması;
- Sosial media platformalarında hədəflənmə (targeting);
- Email marketing kampaniyalarının qurulması və davamlı optimizasiyası;
- Push bildirişləri marketinqin həyata keçirilməsi;
- Hər bir kampaniyanın müvəffəqiyyətini ölçmək üçün ən yaxşı təcrübələrin araşdırıb təhlil edilməsi və daha sonra bu məlumatların gələcək kampaniyaların doğru planlamasında tətbiqi;
- Müxtəlif rəqəmsal kanallar üzrə A/B testlərin tətbiq edilməsi;
- Məhsullar üzrə düzgün hədəflənmə və kommunikasiya edilməsi üçün Məhsul və xidmətlər şöbəsi ilə sıx əməkdaşlığın edilməsi;
- Kontentin doğru çağırış etməsindən əmin olunması üçün məzmun üzrə mütəxəssis, və dizaynerlərlə koordinasiyanın aparılması;
- ROI ve ROAS göstəricilərini artırmaq və sənayedəki son tendensiyaları əks etdirmək üçün optimizasiya işlərini təmin etmək.
Tələb olunun biliklər:
- Ali təhsil (Marketinq, İqtisadiyyat, Biznesin təşkili üzrə təhsil arzuolunandır);
- Meta Business Suite, Meta Ads, Meta Pixel, Linkedin, Linkedin Ads, Google Analytics GTM, Mailchimp, Semrush üzrə biliklər
- Rəqəmsal marketinq, SMM üzrə ən azı 2 il iş təcrübəsi
- Rəqəmsal platformalarda (Meta, Linkedin, Youtube) sərbəst işləmə bacarığı
- Ofis proqramlarında sərbəst işləmə bacarığı
- Azərbaycan və ingilis dilləri sərbəst; rus dili (arzuolunan)
- Ünsiyyət və təqdimat bacarıqları
- Strateji düşünmək və problemləri həll etmək qabiliyyəti
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərə bilərlər.
Email: [email protected]