İşin təsviri
                
                
                                
                Tələblər:
	- Ali təhsil
 
	- Müvafiq sahədə minimum 1-3 il təcrübə
 
	- Dil bilikləri: Azərbaycan və Rus dili
 
	- Yaş 20-35
 
	- Detallara diqqətli
 
	- Ofis proqramlarının biliyi
 
	- Komandada işləmək bacarığı
 
	- Stresə davamlı, gülərüz, punktual, məsuliyyətli
 
Vəzifələr:
	- Şirkətin monitorinq/audit və müştəri məmnuniyyəti üzrə standartlarının təkmilləşdirilməsinə dəstək verir,
 
	- Restoranların gündəlik fəaliyyətinə kameralar vasitəsi ilə nəzarət edir,
 
	- Restoranlarda qida təhlükəsizliyi və təmizlik standartlarına riayət olunmasına nəzarət edir,
 
	- Bütün restoranların salonlarına, mətbəxinə, kassalarına, istehsalata kameralar vasitəsi ilə nəzarət edir, videomonitorinqini həyata keçirir,
 
	- Müştərilərə xidmət prosesində işçilər tərəfindən şirkət qaydalarının pozulması hallarını aşkarlayır və pozuntu anlarının video çəkilişlərini müvafiq olaraq təqdim edir,
 
	- Müştərilərə zəng etmək (geri zəng etmək) və zəng mərkəzi operatorlarının müştərilərlə dialoqlarını dinləyir, sifariş ilə bağlı müştəri şikayətlərinin səbəblərini müəyyən edir, (çatdırılmanın məzmunu müştərinin sifarişinə uyğundurmu, məhsul keyfiyyətsizdirmi və s.)
 
	- Mətbəxdə işçilər tərəfindən sanitar normaların pozulması hallarını izləyir,
 
	- Lazım gəldikdə restoranlara monitorinq səfərlər edir,
 
	- Bütün işçi heyəti tərəfindən daxili qaydalarının pozulması hallarını izləyir, lazım gəldikdə kamera qeydlərini edərək müvafiq məlumatı təqdim edir.
 
	- Müştəri məmnuniyyətinin yüksək səviyyədə icrasını təmin edir.
 
İş şəraiti:
	- İş saatları-9 saat
 
	- 6 günlük iş rejimi
 
	- Əmək qanunvericiliyinə uyğun iş şərtləri
 
	- Əmək haqqı müsahibə zamanı müəyyənləşdiriləcək
 
Maraqlananlar CV-lərini “Audit və videomonitorinq üzrə operator” başlığı altında [email protected]  elektron ünvanına göndərə bilərlər.