İşin təsviri
                
                
                                
                Əsas vəzifə və öhdəliklər:
	- Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
 
	- Məhsulun maya dəyəri üzrə iqtisadi cəhətdən əsaslandırılmış hesabatının tərtibi;
 
	- Qiymət məlumat bazasının hazırlanması və qiymət formalaşması prosesində aktiv iştirak;
 
	- Aylıq və illik istehsalat nəticələrinin təhlili, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlaşdırılan istehsal normalarından kənarlaşmaların araşdırılması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi;
 
	- Faktiki çəkilmiş xərclərin təhlili və xərc növləri üzrə mütəmadi hesabatların hazırlanması;
 
	- Şirkətin daxili qaydalarına uyğun olaraq bütün departamentlərin xərclərinə nəzarət;
 
	- Anbar sənədlərinin işlənməsi və aparılan əməliyyatların sistemə düzgün daxil edilməsinə nəzarət;
 
	- Mövcud olan bütün anbarların qalıqlarının çıxarılması və mühasibat sistemində olan qalıqlarla üzləşdirilməsi;
 
	- Gündəlik və aylıq istehsalat, anbar qalığını əks etdirən hesabatların hazırlanması;
 
	- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
 
Tələb olunan təhsil və iş təcrübəsi:
	- Ali təhsil;
 
	- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi.
 
	- Microsoft Office, mühasibatlıq proqramlarından hansınısa bilməli;
 
Sizə nə təklif edirik?
	- Əlverişli iş mühitində çalışmaq imkanı;
 
	- Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;
 
	- Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
 
	- Əmək haqqı 800 – 1200 Azn;
 
Vakansiyaya müraciət üçün CV-nizi “ Audit üzrə mütəxəssis" mövzusu ilə [email protected]   email ünvanına göndərməyiniz xahiş olunur.