Vəzifənin adı: Hüquqşünas
Namizədə tələblər:
-25-30 yaş arasında olmalı;
-Ali hüquqi təhsili olmalı;
-Hüquq üzrə minimum 3 il iş təcrübəsi olmalı;
-Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, Rus və İngilis dilini bilənlərə üstünlük veriləcəkdir;
-Ünsiyyətcil olmalı və qrup şəklində işləmək qabiliyyəti, təhlil və hesabat vermə bacarığı, fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalıdır.
İş barədə məlumat:
- İddia ərizələrini və prezentasiyalarının hazırlanması, onların təyinatı üzrə göndərilməsi və məhkəmə baxışından əvvəl araşdırmaların aparılması;
-Etibarnamə ilə verilmiş səlahiyyətlər çərçivəsində məhkəmələrdə bank hüquqlarının və qanuni mənafelərinin qorunması;
- Məhkəmələrin və digər dövlət orqanlarının bankın mənafeyinə zidd olan qərarlarından şikayətlərin verilməsi;
- Bankın iştirak etdiyi beynəlxalq arbitraj proseslərin sənədlərinin hazırlanması, bu sahədə müvafiq təşkilatlarla əlaqələrin yaradılması və lazımi işlərin görülməsi;
- Bankın fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, bankdaxili əsasnamə, qayda və təlimatlara hüquqi rəyin verilməsi;
- Mahiyyətindən asılı olmayaraq, bankın tərəfdaşları ilə bağlanılan bütün növ əqdlərə hüquqi rəyin verilməsi;
- İş yeri Azərbaycan Sənaye Bankıdır.
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mövzu yerinə “Hüquqşunas” yazaraq [email protected] ünvanına göndərməsi xahiş olunur.