Elektrik

  • Agro Dairy
  • Elanın qoyulma tarixi: 29.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin məqsədi:

  • Elektrotexniki sxemlərin istismarı və quraşdırılması qaydaları ,avadanlıqları və alətləri saz və işçi vəziyyətdə saxlamalı, iş yerində təmizliyə daim riayət etməlidir.
  • Qüvvədə olan normalara uyğun geyimdə və zəruri mühafizə vasitələrində işləməli, xidmət etdiyi sexin elektrik avadanlıqlarını etibarlı, səmərəli və fasiləsiz iş rejimi ilə təmin etməlidir. Verilən göstərişləri vaxtında nümunəvi və yoxlama cihazları, alət və ləvazimatlarla yerinə yetirməlidir.
  • Texniki istismar və təhlükəsizlik qaydalarina riayət etməli, öz peşə səviyyəsini daim yüksəltməli, əmək və istehsalat intizamına riayət etməlidir.
  • İstehsalat tapşırıqlarını yalnız işə buraxma vərəqləri verildikdən sonra yerinə yetirməli, tanış olmayan işi yerinə yetirməzdən qabaq bilavasitə sahə rəisindən bu işin təhlükəsiz yerinə yetirilməsi barədə təlimat tələb etməlidir.

İş tələbləri:

  • Sadə qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət etməyi bacarmaq
  • Elektrik stansiyalarında, transformatorlu elektrik stansiyalarında gərginliyin tam kəsilməsi ilə daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında mürəkkəb olmayan işlərin yerinə yetirilməsi, xidmət edilən obyektdə və ya sahədə elektrik avadanlıqlarının qoşulması, söndürülməsi işini bacarmaq
  • Daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında gərginliyi 1000 V-ə qədər olan xətlərin kəsilməsi, calaq edilməsi, izolə edilməsi və lehimlənməsi işini bacarmaq
  •  Mürəkkəb olmayan işıqlandırıcı armaturun elektrik açarlarının, ştepsel qablarının, divar patronlarının və sənaye projektorlarının sazlanması və qurulması işini yerinə yetirməyi bacarmaq
  • Elektrik mühərriklərinin stator və rotorlarının sarğılarının və paylaşdırıcı şəbəkənin izolyasiya müqavimətinin meqometrlə yoxlamağı bacarmaq
  •  Xəbərdaredici elektrik cihazlarının qurulması və tənzimlənməsi işini bacarmaq
  • Elektrotexnikanın əsaslarını, elektrik mühərriklərinin, sabit və dəyişən cərəyanlı generatorların, paylayıcı qurğu aparatlarının, elektrik cihazlarının iş prinsipini bilmək
  •  Aşağı gərginlikli xətlərin calanması və lehimlənməsi üsullarını bilmək
  •  İşıqlandırıcı armatur qurğuları, elektrik zəngləri və digər siqnalizasiya cihazlarının sazlanması və qurulması qaydasını bilmək
  • Sadə və çox mürəkkəb olmayan nəzarət-ölçü cihazlarını təyinatı və tətbiqi şəraitini bilmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Elektrik montyoru kimi işləməyə icazə verən hüquqi sənədə malik olmaq, xidmət göstərdiyi sahə üzrə avadanlıqalrı və onların texniki xüsusiyyətlərini bilməli, diaqnostika və təmir metodlarına sahib olmalıdır.
  • Elektrik təhlükəsizlik tədbirlərini bilməli və elektrik şoku və digər zədələnmələr halında ilk yardım göstərə bilməlidir.
  • Multimetrlə sərbəst işləmək (gərginliyi, cərəyan şiddətini, müqaviməti ölçmək).   
  • Elektrik təhlükəsizliyi qaydalarını bilməlidir.
  • Kvalifikasiya qrupu 3cü qrup olmalıdır.

Əsas tələblər:

  • Orta və ya orta-ixtisas təhsili 
  • Ən azı elektrik sahəsində 1 illik iş təcrübəsi 
  • Dillər: Azərbaycan, Rus
  • Microsoft office.

Arzuolunan tələblər:

Məsuliyyət, işgüzarlıq,işdə diqqətli olmaq və verilən tapşırıqları zamanında yerinə yetirmək,komanda da işləmək bacarığı.

Departament: Texniki Xidmət və Təmir
Hesabat verir: Texniki Xidmət və Təmir üzrə Qrup Lideri
İş yeri: Samux və Tovuz 

Email: [email protected]  

İşəgötürənin reytinqi