İşin təsviri
İş barədə məlumat:
- Mühasibat və vergi uçotu qaydalarını rəhbər tutaraq uçotun aparılmasının təşkil edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin 1C proqramında) düzgün əks etdirilməsinin təmin edilməsi;
- Vergi, statistika və DSMF hesabatlarının hazırlanması və göndərilməsi;
- Bəyannamələrin hazırlanması və göndərilməsi;
- Xidmət göstərilən müştərilərdə vergilərin və digər məcburi ödənişlərin hesablanması və vaxtında ödənilməsini təmin etmək;
- Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflər vermək;
- Müştərilərin şəxsi hesab vərəqələrinin izlənilməsi və müvafiq tədbirlərin görülməsi;
- Bank əməliyyatının həyata keçirilməsi, qaimə və hesab-fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsinə nəzarət edilməsi;
- Maliyyə hesabatların tərtib edilməsi;
- Debitor – kreditorlarla hesablaşmaların aparılması;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Elektron portallarda işləmək bacarığının olması (e-gov, emas.sosial, e-taxes və s.) ;
Vəzifəyə dair tələblər:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
- Analoji sahə üzrə minimum 1-3 il təcrübəyə malik olması; (konsaltinq təcrübəsi üstünlükdür)
- 1C/8.3 proqramını yüksək səviyyədə bilməli;
- MS Office proqramlarını (Word, Excel,), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilməli;
- Azərbaycan Respsublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyatı maddələrini bilməli;
- Azərbaycan dili mükəmməl, xarici dil biliklərinin (ingilis, rus) olması üstünlükdür.
Bacarıq və səriştələr:
- Ünsiyyətcil olmalı;
- Komanda ruhlu olmalı;
- Öyrənməyə həvəsli olmalı, peşəsi ilə bağlı yenilikləri işinə tətbiq edə bilməli;
- Aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
- Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
- Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir.
- Problemləri həll etmə bacarığı olmalıdır;
Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 6 günlük iş rejimi
Əmək haqqı : 1200- 1600 azn
Email: [email protected]