İşin təsviri
Vəzifə öhdəlikləri:
- Bütün satınalma işləri və təchizat üzrə sifarişləri təmin etmək;
- Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tender, kotirovka, təklif sorğularının keçirilməsi;
- Bazarın təhlili, tələb olunan məhsul və materialların yerli bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
- Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması və digər prossesləri effektiv icra etmək;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunmasına nəzarət etmək;
- Ən aşağı qiymət və ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün danışıqlar aparmaq;
Namizədə tələblər:
- Minimum 5 il iş təcrübəsi
- Yüksək səviyyədə danışıqların aparılması üzrə bacarıqlar
- İşi planlamaq bacarığı
- Aktivlik və dəqiqlik
İş şərtləri:
- 6 günlük iş qrafiki;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
- Karyera inkişafı imkanı
- İş yeri 9-cu mkr-da yerləşir (Heydər Məscidinin yanı Mərasim evi)
- Nahar şirkət tərəfindən təmin olunur.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Təchizat üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Email: [email protected]