İşin təsviri
Vəzifə üzrə tələblər və biliklər:
- Ali təhsil;
- Yaş : 25-40 yaş;
- 2 il iş təcrübəsi (tikinti sahəsində);
- Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Azərbaycan dilini sərbəst bilməli, ingilis və rus dili arzuolunandır;
- Dövlət satınalmaları haqqında qanunvericiliyi bilməli;
- MS Office, 1C proqramları üzrə biliklər.
Vəzifə öhdəlikləri:
- Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi və bençmarkinq (müqayisə), eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
- Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
- Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
- Hesabat, təqdimat, memorandum və s. hazırlanması;
- Mal/materialların alınması üçün təchizatçılarla qiymət təkliflərinin şirkətin siyasətinə uyğun aparma bacarığı;
- Yeni komponentlər və tədarükçülər üçün tədqiqat aparılması;
- Xərclərin azaldılması məqsədilə təkliflərin verilməsi;
- Müqavilə imzalanması ilə bağlı qalib və digər iştirakçı təşkilatlara bildirişlərin göndərilməsi və Podratçı təşkilatların təqdim etdiyi təminatların geri qaytarılması prosesinin həyata keçirilməsi;
- Təchizatçılar ilə əlaqələrin yaradılması
- Sifarşlərin düzgün təhlil edilməsi.
Əlavə məlumat:
- İş qrafiki:5 günlük (Bazar ertəsi- Cümə)
- Korporativ nömrə (korporativ paket),
- Əmək haqqı: namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir.
Tələblərə uyğun şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına mövzu hissəsinə “Təchizat üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.