Direktor assistenti (Personal Assistant-P/A)

  • İntex Audit
  • Elanın qoyulma tarixi: 28.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Direktorun gündəlik tapşırıqlarının yerinə yetirilməsi;
  • Şirkətin mail qutularına mütəmadi nəzarət edilməsi;
  • Gələn qonaqların qəbulu, qarşılanması, yerləşdirilməsi;
  • Otel və restoranlarla bağlı uyğun yerlərin araşdırılması, rezervasiyaların edilməsi;
  • İşgüzar görüşlərin və iclasların təşkili, həmin görüş və iclaslarda direktorun müşaiyət edilməsi;
  • Şirkətin fəaliyyət sahəsinə uyğun olan forumların, sərgilərin və tədbirlərin keçirilmə vaxtlarının, proqramlarının nəzarətdə saxlanılması, iştirakın təmin edilməsi;
  • Kargüzarlıq işinin yerinə yetirilməsi (Dövlət qurumları və müxtəlif firmalara rəsmi məktubların yazılması, mətnlərinin hazırlanması, məktubun göndərilməsi və prosesin izlənilməsi); 
  • Məktubların, daxili yazılan sənədlərin qeydiyyatı, şirkətə daxil olan və şirkətdən göndərilən bütün sənədlərin qeydiyyatı;
  • Daxil olan və göndərilən sənədlərin aidiyyatı üzrə bölüşdürülməsi;
  • Verilən tapşırıqların icrası və bu barədə hesabat verilməsi;
  • Dövlət qurumlarının saytlarının nəzarətdə saxlanılması, elan və məlumatların təhlil edilməsi və rəhbərliyə hesabat verilməsi;
  • Şirkətin iş fəaliyyəti ilə bağlı portfolionun mütəmadi yenilənməsinin təmin edilməsi, şirkətin saytında yenilənmələrin vaxtlı-vaxtında yerləşdirilməsinin nəzarətdə saxlanılması.

Tələblər:

  • Ən azı 2 illik direktor asistenti və ya maliyyəçi asistenti olaraq iş təcrübəsi
  • Kompüter bilikləri - MS Office proqramlarında yüksək səviyyədə, Photoshop proqramında yaxşı səviyyədə işləmək bacarığı;
  • Ofis texnikası ilə işləmək təcrübəsi;
  • Aktiv, inisiativ işlədən, məntiqi düşüncəyə malik olmalı;
  • Məsuliyyətli, pozitiv, gülərüz və nəzakətli olmalı, komanda da işləmə bacarığı olmalı:
  • Azərbaycan dilini səlis, rus və ingilis dillərini əla səviyyədə bilməli;
  • Verilən tapşırıqları yüksək keyfiyyətlə və gecikdirmədən yerinə yetirməli.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 5 günlük iş rejimi;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq müsahibə zamanı müzakirə olunacaq.

Namizədlər CV-lərini “Direktor assistenti” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.

Email: [email protected]