Bakı koordinatoru

İşin təsviri

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT)

Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi

Azərbaycan, Bakı
İyun, 2013


Vəzifənin adı:

Bakı koordinatoru
 

Vəzifə təsviri:

SMDT-nin Azərbaycan Respublikasının seçki dairələrində və əhatə etdiyi bölgələrdə fəaliyyətini qurur; SMDT-nin bölgədə fəaliyyətini təşkil edir.
SMDT-nin bölgələrdə proqramları icrasını təşkil edir;

Vəzifə və səlahiyyətləri:

• SMDT-nin İllik Fəaliyyət Proqramı və digər cari proqramlarının bölgələrdə (və ya seçki dairələrində) icrasını təşkil edir;
• SMDT-in seçkilərin monitorinqi üzrə bölgələrdə (və ya seçki dairələrində) icrasını təşkil edir;
• Seçkilər dövründə SMDT-nin müşahidəçilərinin seçki dairələrində qeydiyyatı, Uzunmüddətli və Qısamüddətli müşahidəçilik üzrə hesabatların qəbulu prosesinə cavabdehdir;
• SMDT-yə könüllülərin cəlb olunması ilə məşğul olur;

Hesabat verir:

Sədr, İcraçı direktor və Bölgələrlə əlaqələr üzrə menecerə

Tələblər:

• Azərbaycan Respublikasının seçki sistemi və seçki qanunvericiliyini, siyasi institutlarının funksiyalarını bilmək;
• SMDT-in fəaliyyət istiqamətləri, həyata keçirdiyi proqramlar və tarixi barədə məlumatlı olmaq;
• Komputer proqramlarını (Microsoft Word, Microsoft Excel) bilmək;

Əmək müqaviləsi şərtləri:

Birliyin işə qəbul üçün müvafiq şərtlərə cavab verən şəxslərə sınaq müddəti müəyyən edilir. Sınaq müddəti başa çatdıqdan sonra əmək müqaviləsi şərtləri razılaşdırılır. Seçkilər və ya təşkilati tədbirlər (o cümlədən ictimai xarakterli hadisələr) zamanı artıq iş qarfiki müəyyən edilir.

Müsabiqədə iştirak etmək istəyənlər CV-ni [email protected] elektron poçtuna “subject” hissəsinə “Bakı koordinatoru” yazıb göndərə bilərlər.

Əmək haqqı 300 AZN.

Müarciət  üçün son tarix 15. 06. 2013

 

Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi tərəfindən digər vakansiyalar