İctimai Əlaqələr üzrə menecer

İşin təsviri

Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi

Azərbaycan, Bakı
İyun, 2013

Vəzifənin adı:  İctimai Əlaqələr üzrə menecer

Vəzifə təsviri:

İctimai Əlaqələr üzrə koordinator Strateji və İllik Fəaliyyət proqramları, cari layihələri, ictimai xarakterli tədbirləri, hesabat və digər sənədlərin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması və təqdimatı ilə məşğul olur.
İctimai Əlaqələr üzrə koordinator təşkilatın nüfuzunun qorunması, hədəf  və məqsədlərinin yayılması yönündə tədbirlərin həyata keçirilməsinə cavabdehlik daşıyır.

Vəzifə və səlahiyyətləri:

• Birliyin adından yayılan açıqlamalar, bəyanat, hesabat və digər sənədlərin (Azərbaycan və ingilis dillərində) hazırlanması, redaktəsi, tərtibatı və yayılması ilə məşğul olur;
• Birliyin beynəlxalq təşkilatlar üçün sənədlər və nəşrlərinin - layihə, hesabat, məktub, bülleten və press relizlərin redaktəsi və çatdırılması ilə məşğul olur;
• Birliyin ictimai əlaqələrini aparır və ya təşkil edir;
• Birliyin beynəlxalq KİV-lə əlaqələrini saxlayır və qurur;
• Birliyin Press Relizlərini hazırlayır və yayır;
• Birliyin İnternet səhifəsinin daim yenilənməsinə nəzarət edir;
• Birliyin sosial şəbəkələrdə məlumatlarını yayır;
 

Tələblər:

• Birliyin fəaliyyət istiqamətləri, həyata keçirdiyi proqramlar, yerli və xarici əlaqələri, tarixi barədə məlumatlı olmaq;
• Bəzi komputer proqramlarını (Microsoft Word, Microsoft Excel, Microsoft office Power Point) orta səviyyədə bilmək;
• Azərbaycan və ingilis dillərini əla, rus dilini orta səviyyədə bilmək;

Əmək müqaviləsi şərtləri:

Birliyin işə qəbul üçün müvafiq şərtlərə cavab verən şəxslərə sınaq müddəti müəyyən edilir. Sınaq müddəti başa çatdıqdan sonra əmək müqaviləsi şərtləri razılaşdırılır. Seçkilər və ya təşkilati tədbirlər (o cümlədən ictimai xarakterli hadisələr) zamanı artıq iş qarfiki müəyyən edilir.

Müsabiqədə iştirak etmək istəyənlər CV-ni [email protected] elektron poçtuna “subject” hissəsinə “İctimai əlaqəqlər meneceri” yazıb göndərə bilərlər.

Əmək haqqı 450 AZN-dən başlayaraq layihələrə uyğun olaraq artır.

Müarciət  üçün son tarix 15. 06. 2013

 

Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi tərəfindən digər vakansiyalar