Turizm sahəsi üzrə satış mütəxəssisi

  • Nukha Tour
  • Elanın qoyulma tarixi: 27.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat: 

  • Rəhbərliyin göstərişinə əsasən eko turların hazırlanması, mətnlərin yazılıb formalaşdırılması
  • Facebook və İnstagram sosial şəbəkəsində turlar barədə məlumatın mütəmadi paylaşılması, müştərilərdən gələn sualların cavablandırılması, sponsorlu reklamların idarə edilməsi
  • Korporativ müştərilərə məlumatların göndərilməsi və müvafiq yazışmalar
  • Korporativ turların satışlardan sonra elektron qaimələrinin göndərilməsi, turlarla bağlı hesabatların hazırlanması
  • Mağazada  və sosial medya (Facebook, İnstagram, Tik-tok) üzərindən satışın həyata keçirilməsi və müvafiq paylaşımların mütəmadi olaraq edilməsi, müştərilərdən gələn sualların cavablandırılması, sponsorlu reklamların idarə edilməsi
  • Rəhbərliyin gündəlik olaraq iş fəaliyyəti ilə bağlı məlumatlandırılması
  • İş qrafiki: Həftə içi 11:00-19:00, altıncı gün 11:00-16:00. (1 saat nahar fasiləsi)
  • Əmək haqqı: Sabit maaş  400 - 450 AZN + Bonuslar
  • Başqa imtiyazlar: İstənilən tura ödənişsiz qoşulmaq, şəxsi istifadə üçün mağazadakı məhsulları öz dəyərinə əldə etmək və iş qrafikini qarşılıqlı razılaşdırmaqla dəyişdirmək imkanı verilir.

Namizədə tələblər:

  • SMM təcrübəsinə sahib olması (postların hazırlanması və paylaşılması);
  • Satış sahəsində və ofis meneceri kimi müəyyən təcrübəsinin olması;
  • Ekoturizm sahəsi ilə tanışlıq və ekoturlarda gəzinti təcrübəsi;
  • Müştərilərlə ünsiyyət və satış bacarıqlarının olması;
  • İngilis dili biliyinin olması üstünlükdür.

Müraciət etmək istəyən yalnız uyğun namizədlər CV-lərini  vakansiyanın adını yazmaqla göndərə bilərlər.