Korporativ satış üzrə mütəxəssis / baş mütəxəssis

  • Grand Agro MMC
  • Elanın qoyulma tarixi: 27.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Müəssisənin ixrac imkanlarının genişləndirilməsi üçün xarici ölkə bazarlarının araşdırılması, beynəlxalq əlaqələrin qurulması, satış imkanlarının öyrənilməsi;
  • Yeni müştərilərin cəlb edilməsi;
  • Məhsulun xarici bazarda (yerli və ya beynəlxalq sərgi, konfrans və digər beynəlxalq platformalarda) tanıdılmasının təmin edilməsi, satışının yüksəldilməsi və bu prosesin nəzarət altında saxlanılması;
  • Məhsul ixracı ilə bağlı sənədləşmənin (ixrac ilə bağlı müqavilələrin hazırlanması və imzalanması, müştəri tərəfindən tələb edilən sertifikatların təmin edilməsi, gömrük rəsmiləşdirilməsi və s.) vaxtında icrası;
  • Məhsulun ixracı zamanı logistik prosesə nəzrət edilməsi;
  • İstehsalat komandası ilə prosesin qurulması;
  • Məhsulun satılması prosesində lazımi müvafiq komandalarla (Satınalma, Marketinq) birgə işləmər;
  • İxrac prosesi ilə bağlı xarici ölkələrə səfərlərin edilməsi.

Tələblər:

  • Bakalavr dərəcəsi - (Biznesin idarəedilməsi, İqtisadiyyat üzrə)
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (FMCG sahəsində təcrübə üstünlükdür)
  • İxrac prosesi ilə bağlı biliklər, İnkotermslər, korporativ satış texnikaları üzrə biliklər
  • Azərbaycan, rus və ingilis dillərini bilmək zərruridir

Sosial imtiyazlar:

  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Nahar təminatı
  • Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma
  • Uyğunlaşdırıla bilən iş saatları
  • Korporativ nömrə ilə təmin olunma
  • Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı

İşəgötürənin reytinqi