Komendant

  • Toca Residence
  • Elanın qoyulma tarixi: 22.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Yaşayış kompleksinin kommunal-istismar təminatını həyata keçirmək;
  • Yaşayış kompleksinin sakinlərinin kommunal borclarını vaxtında ödəmələrini təşkil etmək;
  • Yaşayış kompleksinin sakinləri ilə əlaqələrin qurulması, yaranan problemləri vaxtında və keyfiyyətlə həll etmək;
  • Yaşayış kompleksinin ərazisində yerləşən su, qaz, istilik, elektrik enerjisinin daimi fasiləsiz çatdırılmasının təşkili , liftlərin fasiləsiz işləməsini, ərazinin və binanın işıqlandırılmasını təmin etmək;
  • Kompleksin yaşıllaşdırılmış ərazilərinə qulluq olunması üçün bağbanların işinə nəzarət etmək;
  • Xidməti fəaliyyət üzrə sənədləşmə işlərini daim nəzarətdə saxlamaq;
  • Öz yurisdiksiyasında əmlakın təhlükəsizliyini və saxlanmasını təmin etmək;
  • Lazım olan inventar, məişət  xidməti əşyaları almaq, köməkçi işçilərə və təmizləyicilərə verib və müvafiq əməliyyat uçotunu aparmaq;
  • Binanın ofis, yaşayış binasının istismarı ilə əlaqəli qərarlar, sərəncamlar, ali və digər orqanların digər tənzimləmə və normativ sənədlərinin saxlanılmasına cavabdehlik;
  • Təhlükəsizlik tədbirləri, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını bilmək və təmin etmək;
  • Rəhbərin əmrləri, qərar və göstərişlərini icra etmək;
  • Ona həvalə edilmiş əmlakın təhlükəsizliyinə cavabdeh olmaq;
  • Əmlakın uçotunu aparmaq, varlığını qəbul və çıxarma aktlarını tərtib etmək.

Tələb olunan göstəricilər:

  • Ali savadlı;
  • Cinsi: xanım
  • Operativ, məsuliyyətli, punktual və daim öz üzərində çalışan;
  • Rus dilində danışmağı bacarığı olan, ingilis dili bilməsi üstünlükdür;
  • Diqqətli, səliqəli, iqtisadi olmalı;
  • Müəyyən qədər mühasibat uçotunu  aparmağı bacarmaq;
  • İşçiləri idarə etmək bacarığına malik;
  • Ona həvalə olunan işin səmərəli icrası;
  • İcra, əmək və texnoloji intizamın tələblərinə uyğunluq;
  • Ona həvalə olunan ərazidə və ətrafında qanuna uyğunluqları  təmin etmək.

İş qrafiki: həftə içi  6 gün (saat 09:00-dan 18:00-dək)

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə.

Əmək haqqı: 600-1000 AZN

Qeyd: Uyğun namizədlər, şəkilli CV-lərini qeyd olunan ünvana göndərə bilərlər. Şəkilsiz müraciətlərə baxılmır!

Toca Residence tərəfindən digər vakansiyalar