Toca Residence


BAKI AĞ ŞƏHƏR şəhərsalma layihəsi Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLİYEVİN Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı» çərçivəsində həyata keçirilir. Beynəlxalq mükafatların qalibi olmuş BAKI AĞ ŞƏHƏR haqlı olaraq şəhərsalma sahəsində dünyanın ən görkəmli layihələrindən biri hesab olunur. Bu şəhər kompleksi nəinki müasir və rahat binaları ilə, həmçinin öz səmərəliliyi ilə gözəl təsir bağışlayır. Layihə həm mühəndis-tikinti, həm də estetik nöqteyi-nəzərdən heyranlıq doğurur. Burada yaşamaq və işləmək arzusu doğuran cəlbedici mühit və infrastrukturun yaradılması üçün yaşayış və qeyri-yaşayış komplekslərinin, sosial obyektlərin, park və yaşıl zonaların yerləşməsi mükəmməl planlaşdırılmışdır.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?