Kredit risklərinin idarə edilməsi şöbəsinə mütəxəssis / aparıcı / baş mütəxəssis

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 17.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Görəcəyiniz işlər:

  • Stress-test və ssenari təhlili modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflərin verilməsi;
  • Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılması və yaradılmasına nəzarət;
  • PD, LGD və EAD modelləşdirməsi;
  • Bankın mövcud risk iştahası limitləri və göstəricilərinin təkmilləşdirilməsi istiqamətində mütəmadi təkliflər verilməsi;
  • Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
  • Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi;
  • Kredit risklərinin idarə edilməsi istiqamətində hesabatların hazırlanması;
  • Kredit risklərinin idarə edilməsi istiqamətində digər tapşırıqların icrası. 

Bizim üçün uyğun namizəd:

  • Ali iqtisadi təhsilə;
  • Kredit risklərinin idarə edilməsi sahəsində minimum 2 il iş təcrübəsinə;
  • Yüksək ünsiyyətqurma qabiliyyətinə;
  • Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyətinə;
  • Əla səviyyədə Excel və SQL biliklərinə sahib olması (Əlavə statistik proqram biliyi arzu olunandır R\python\SAS\Tibco və.s);
  • Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyətinə sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

İşəgötürənin reytinqi