Maliyyə Nəzarəti üzrə Mütəxəssis

  • Ram Holding
  • Elanın qoyulma tarixi: 16.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:

  • Təhsil: Ali təhsil (Maliyyə, Mühasibatlıq, Audit);
  • Maliyyə Nəzarəti, Audit, Risklərin İdarə edilməsi, yaxud Hesabatlılıq sahəsi üzrə ən azı 2 il iş təcrübəsi;
  • MS Excel bilikləri – yüksək səviyyədə;
  • İngilis dili – İntermediate və üzəri;
  • Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti;
  • Ezamiyyətlərə getməyə hazır olmalı.

Vəzifə öhdəlikləri:

  • İllik yoxlama planına uyğun olaraq, Şirkətin səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsində iştirak etmək;
  • Proseslərin analizi, qiymətləndirilməsi və çatışmamazlıqların aşkar edilməsi;
  • Hesabatların təhlili;
  • Maliyyə əməliyyatlarının uçotunun aparılmasına, müxabirləşmələrin müvafiq qaydada və vaxtında əks olunmasına, eyni zamanda sənədləşmə işlərinə nəzarət;
  • Təchizatçılarla və alıcılarla hesablaşmalara nəzarət;
  • Anbarlar üzrə hərəkətlərə nəzarət edilməsi.

İş şərtlərimiz:

  • Əmək haqqı: 1000-1500 AZN;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • Çalışacağınız ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, “Neptun” marketlə üzbəüz).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə nəzarəti üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. 

Email: [email protected]