İlkin Nəzarət şöbəsinin mütəxəssisi/baş mütəxəssisi

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Əməliyyatların AR-nın Qanunvericiliyi, AR Mərkəzi Bankı və bankın daxili qaydalarının tələblərinə uyğunluğu üzrə rəylərin verilməsi; 
  • Əməliyyat sahəsi üzrə əməliyyatlara ilkin və sonrakı nəzarətin aparılması;
  • Bankın ön ofisi və departamentlərinin şifahi və yazılı sorğularının cavablandırılması;
  • Gündəlik və aylıq hesabatların hazırlanması;
  • Yeni hesabatların sifarişi və test edilməsi.

 

Namizədə qarşı tələblər:

  • Ali təhsil (iqtisadi ali təhsil arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan dili əla, İngilis və Rus dilləri yaxşı səviyyədə arzuolunandır;
  • Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel);
  • Minimum bir il bank təcrübəsinin olması (əməliyyat sahəsi üzrə) arzuolunandır;
  • Bank fəaliyyətini tənzimləyən qanun və normativlər üzrə biliklərin olması;
  • Analitik düşünmə qabiliyyəti;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
  • Fikrini düzgün, dəqiq və dolğun şəkildə şifahi və yazılı ifadə etmək qabiliyyətinin olması;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 aprel 2023-cü il tarixinədək email-in mövzu hissəsində İlkin Nəzarət şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər.

Müraciət etdiyiniz vəzifənin adını şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi